Top.Mail.Ru
SƏTƏM üzrə mühəndis Telecom
012 -5961868
negotiable
26.08.2024

Job Description

SƏTƏM üzrə mühəndis şirkətdə gündəlik işlərə SƏTƏM idarə etmə sistemi əsasında nəzarət etməyə və yaranacaq yeni sahə / fəaliyyətlər üzrə SƏTƏM tələblərinin planlaşdırılmasına və tətbiqinə nəzarətə görə məsuliyyət daşıyır. SƏTƏM mühəndisi müvafiq məsələlərdə sahə rəhbərlərinə / məsul icraçılara yardım göstərmək və işlərin / fəaliyyətlərin təhlükəsizlik şəraitdə nail olmaqda onlara nəzəri və praktiki istiqamətlər göstərmək üçün sorumludur. 

Responsibilities :

Öhdəliklər:

- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və 
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək;
- Yeni işə qəbul olunanlarla, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək
- ISO 45001 və ISO 14001 üzrə auditin aparılmasında sənədlərlə işləmək.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək.
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək.
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarəti etmək:
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin təşkil etmək;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət;
- Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasını təşkil etmək;
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət;
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına nəzarət;
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinin təşkili;
- Müəssisə prosedurlarını, təlimatlarını, texniki sənədlərini və əlaqəli sənədləri oxuyub şərh etmək;
- Telekommunikasiya və elektrik avadanlıqları, o cümlədən yüksək gərginlikli və radioavadanlıqlar, anten hərəkət sistemləri üzrə işlərin təhlükəsizliyinin təmin edilməsi 
- Peyk zavodundakı avadanlıq və texnika, o cümlədən kran, ifrat təzyiq və temperaturla bağlı avadanlıqlar və sairə avadanlıqlarla işin təhlükəsizliyinin təmin edilməsi.
- İşçilərin, işəgötürənlərin şikayət və narahatlıqlarını cavablandırmalı, araşdırmalı və müvafiq tədbirlər görməli;
- İş yerində baş verən hadisələri və xəsarətləri araşdırmalı;
- Fövqəladə hallara hazırlıq təlimləri, məşqləri keçirməli və fəaliyyət planı ilə birlikdə fövqəladə hallara hazırlıq məşqlərinin hesabatı hazırlamalı;
- Layihədə iştirak edən subpodratçılar və müxtəlif digər qurumlarla SƏTƏM öhdəliklərinin müvafiq, düzgün sənədləşdirilməsi və müqavilədə tələb olunduğu kimi yerinə yetirilməsini təmin etmək;
- Vəziyyətə uyğun olaraq müxtəlif hesabatlar, sənədlər və formalar hazırlamaq;
- Ehtiyyac olduğu təqdirdə SƏTƏM-lə bağlı digər öhdəliklərin yerinə yetirilməsi
- Potensial təhlükələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və səmərəlilik dərəcəsini müəyyən etmək;
- Nəticələrə nəzarət etmək və işin keyfiyyətini qiymətləndirmək
- Yeni binalar və sistemlər layihələndirilərkən və ya tətbiq edilərkən SƏTƏMM tələblərinin tətbiqini təmin etmək.

Requirements :

Tələb olunan təhsil və biliklər:
- Mühəndislik üzrə Bakalavr dərəcəsi.
- SƏTƏM Mühəndisi olaraq inşaat və / və ya istehsalat sektorunda ISO standartlarına uyğun işini təşkil edən şirkətdə ən azı 3 il iş təcrübə 
- Müvafiq sertifikatlaşma (FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi, Riskin qiymətləndirilməsi və s.). IOSH, NEBOSH sertifikatlaşması arzuolunandır 
- Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə üzrə Azərbaycan qanunvericiliyi və Beynəlxalq standartlar üzrə iş bilikləri;
- SƏTƏM siyasəti və hədəfləri üzrə biliklər;
- Ətraf mühitin mühafizəsi üzrə qabaqcıl yerli və xarici təcrübə;
- ISO 9001,OHSAS 18001 standartları və ISO 14001 standartları üzrə bilik və təcrübə;
- İstehsalat sanitariyası üzrə biliklər;
- Elektrik, qaz təhlükəsizliyi tədbirləri və fövqaladə hallar zamanı təhlükəsizlik qaydaları üzrə ilkin biliklər;
- Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqlar;
- İlkin tibi yardım qaydaları üzrə biliklər
- İş münasibətlərini effektiv saxlamaq bacarığı;
- Yaxşı təşkilatçılıq bacarığı. Şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Güclü nəzarət bacarığı.
- Xarici vendor və tərəfdaşlarla iş bacarığı

Dil bilikləri: 
Azərbaycan dili (sərbəst yazışma və danışıq səviyyəsində)
İngilis dili (xarici vendor və tərəfdaşlarla danışıq və yazı səviyyəsi sərbəst istənilir)