Job Description
Responsibilities :
Namizədə olan tələblər:
• Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
• Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi;
• Azərbaycan dilində səlis danışıq bacarığı (İngilis və rus dili arzu olunandır);
• Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
• 1C - 8.3-də işləmə bilikləri;
• MS Office proqram bilikləri (xüsusilə Excel-də səliş işləmə bacarığı);
• Vergi məcəlləsi, Əmək məcəlləsi və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
• ACCA və ya digər Maliyyə sahəsi üzrə beynəlxalq sertifikasiyalar (arzu olunandır);
• Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları;
• Kollektivdə işləmə bacarığı.
Requirements :
Vəzifə öhdəlikləri:
• Statistika və DSMF üzrə müvafiq aylıq, rüblük, illik hesabatların hazırlanması;
• Vergi sistemi üzrə Əmlak və Torpaq vergisi bəyannamələrinin hazırlanması;
• 1C - 8.3 proqramında əməliyyatların aparılması;
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və ezamiyyətlərin qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi;
• Alınmış mal və xidmətlərə görə daxil olmuş e-qaimə və aktlara nəzarət etmək;
• Ödənişlərin icra edilməsi və müvafiq hesabatların hazırlanmasında iştirak;
• Aylıq hesabatın hazırlanması (daxili hesabatlar);
• Beynəlxalq standartlara əsasən hesabatların hazırlanmasında iştirak;
• İllik büdcənin tərtibatında və rüblük hesabatların hazırlanmasında iştirak.