Top.Mail.Ru
Marketing Product Manager (Mobil tətbiq üzrə) SUPERFON
-
negotiable
13.09.2024

Job Description

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Responsibilities :

Vəzifə: Marketing Product Manager (Mobil tətbiq üzrə)
İş yeri: Bakı şəhəri 

Vəzifə öhdəlikləri:

Mobil tətbiqin potensial istifadəçilərinin auditoriyasını müəyyənləşdirmək və onların ehtiyaclarını öyrənmək;
Mobil tətbiqin funksional məzmunu ilə bağlı yeni fikirlər irəli sürmək;
B2B istifadəçi yönümlü marketinq kampaniyalarının hazırlanmasını və icrasını təmin etmək;
Mobil tətbiq istifadəçilərinin rəylərini toplayıb, təhlil etmək;
Şirkətin tətbiqini rəqiblərin tətbiqi ilə müqayisə edərək bazarı təhlil etmək;
Mobil tətbiqin texniki parametrlərinin yüksəldilməsini, praktiki istifadəsinin hədəfə çatmasını və daha istifadəçi yönümlü olmasını təkminləşdirmək. 

Requirements :

Tələblər:

Marketinq, Biznes, İqtisadiyyat, ali təhsil arzu olunandır;
Məhsulların idarə edilməsi, inkişafı, məhsul dizaynı, məhsulların bazara çıxarılması strategiyasının qurulması sahəsində minimum 2 il iş təcrübəsi;
Marketinq sahəsində təcrübə;
Planlaşdırma və tapşırıqların qoyulması baxımından layihəni idarə etmək bacarığı;
Təşkilatçılıq və strateji düşünmə bacarıqlarının olması;
Müştəri yönümlü mobil tətbiqlərdə iş təcrübəsi;
İngilis dili və ofis proqramlarında işləmək bacarığı;



Təminatlar:

Nahar  ilə təmin edilmə;
Əmək bazarına uyğun əmək haqqı;
Korporativ mobil nömrə;
Karyera inkişafı;


Müraciət qaydaları:
CV-nizi [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - Marketing Product Manager (Mobil tətbiq üzrə) yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.