Top.Mail.Ru
Korporativ satış üzrə menecer BizimLab
-
negotiable
14.09.2024

Job Description

Şirkətin fəaliyyət növü haqqında ətraflı məlumat:

“Business Improvement” ifadəsi ilə çıxdığımız bu yolda məqsədimiz məhsul və ya xidmət satışı edən şirkətlərə marketinq,maliyyə,İR sahələrdə müxtəlif adda xidmət təklif etməkdir.
Müştərilərimizə keyfiyyətli xidmət göstərməklə onların gündəlik iş həyatında qarşılaşdığı problemləri həll edir,konsultasiyalar veririk.

Responsibilities :

Vəzifə və Öhdəliklər:
1. Mövcud bazarı analiz edib müştəri ehtiyaclarını öyrənmək;
2. Şirkətin təqdim etdiyi xidmətlərə uyğun inkişaf konseptini hazırlamaq;
3. Yeni korporativ müştərilər cəlb etmək və mövcud muştərilərlə uzunmüddətli əlaqələr qurmaq;
4. Satış fəaliyyəti planını hazırlamaq və rəhbərliklə təsdiqləmək;
5. Müştərilərə individual qaydada tələbatlarına uyğun olaraq təqdimatlar hazırlamaq və komanda ilə təstiqləmək;
6. Satış kanalları üzərindən işgüzar əlaqələr qurmaq, daxil olan müraciətləri vaxtında cavablandırmaq;
7. İşgüzar görüşlərdə həftəlik təsdiqlənmiş planla iştirak etmək və nəticələr haqqında həftəlik hesabat vermək;
8. Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini qısa zamanda icra etmək;
9. Rəhbərliyə görülmüş işlərlə bağlı cədvəl hesabatı hər həftə təqdim etmək.






İş şəraiti haqqında məlumat:
1. İş günləri: Bazar ertəsi – Cümə
2. İş qrafiki: 10:00-18:00
3. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə prosesi
4. Əmək haqqı 1000-1200 (+ satışdan bonus), namizədin bilik və bacarığlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən görüş zamanı müəyyən ediləcək.
5. Ünvan: CİTY POİNT, Cəlil Məmmədquluzadə 102 A
6. Vakansiyanın adı MÖVZU (subject) yerində qeyd etməklə, CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz!

Requirements :

Tələblər:
1. Ali təhsilli; (İqtisadiyyat, Biznes, Marketinq, Menecment ixtisaslarının məzunlarına üstünlük veriləcək).
2. Satış (Korporativ satış) sahəsi üzrə 2 ildən artıq iş təcrübəsi;
3. Müştərilərlə yüksək kommunikasiya qurmaq, diqqətli və səbrli davranış bacarığı;
4. Məhsulları/xidmətləri yüksək səviyyədə təqdim etmək və izah etmək bacarığı;
5. Komandada işləmək bacarığı;
6. Dil bilikləri: Azərbaycan, Rus dilləri – səlis, İngilis dili – arzuolunandır;
7. MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
8. Yaş həddi: 23-40;
9. Xoş görünüşlü, səliqəli olması mütləqdir;