Top.Mail.Ru
Logistika üzrə Satış Meneceri Nəqliyyat və logistika şirkəti
012-5961868
negotiable
27.09.2024

Job Description

Responsibilities :

Şirkətin logistika üzrə xidmətlərinin satışını təmin etmək;
Bazarın aktual qiymət siyasətini təhlil etmək;
Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək və güclü əlaqələri daimi inkişaf etdirmək;
Kommersiya təkliflərini və təqdimatlarını hazırlamaq;
Mümkün qədər görülmüş işlə bağlı yaranmış problemləri anındaca həll etmək;
Daim yeni müştəri axtarışında olmaq;
Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması;
Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
Yük maşınları olan avtoparkın idarə olunması;
Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin geopozisiyasını regionlara görə optimallaşdırmaq;
Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması;
Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması;
Rəhbərliyin tələbinə əsasən  aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi.

Requirements :

Logistika sahəsində 5 il təcrübə
MS Office; (Word, Excel, PowerPoint, Outlook və s.);
Dil bilikləri:  Azərbaycan dili – Ana dili, Rus və İngilis dili-yüksək səviyyədə 
AR Gömrük və nəqliyyat qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
Coğrafi, riyazi və məntiqi biliklər;
Müasir Logistika İdarəetmə Sistemini bilmək;
Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
Güclü ünsiyyət (həm şifahi, həm də yazılı), problem həll etmə və qərar vermək bacarığı;
Multimodal daşımalar üzrə yüksək bilik və bacarığın olması;
Müştəri bazasının mövcudluğu və yeni müştərilərin cəlbi;

İş şərtləri:
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun müsahibə zamanı müəyyən olunur.
İş rejimi: 5 günlük iş həftəsi
İş saatı: 09:00-18:00
Korporativ mobil nömrə ilə təmin edilir.
İş yeri: Ağ şəhər