Top.Mail.Ru
Maliyyə analitiki SUPERFON
-
negotiable
02.10.2024

Job Description

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik. 

Responsibilities :

Vəzifə: Maliyyə analitiki
İş yeri: Baki

Vəzifə Öhdəlikləri:

- Şirkətin illik büdcə planının hazırlanmasının təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
- Pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, balans hesabatı və digər hesabatların hazırlanması;
- Əməliyyatların büdcə daxilində olub-olmamasını yoxlamaq, xərclərin plana uyğun bölüşdürülməsinə nəzarət etmək;
- Şirkətin хərclərinin аzаldılmаsı məqsədilə təkliflər irəli sürmək;
- Marja və maya dəyərinin analitik təhlilinin həyata keçirilməsi.

Requirements :

Tələblər:

  -“Logo” Tiger proqram bilikləri arzuolunandır;
  -ACCA üzrə müvafiq sertifikatlar arzuolunandır;
  -Maliyyə, Mühasibat uçotu və ya iqtisadi ali təhsil;
  -Müvafiq sahə üzrə (Maliyyə analitiki, hesabat və büdcələmə) minimum 2 il iş təcrübəsi;
  -Analitik təhlil, strateji düşünmə;
  -Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı.

  Təminatlar:

  - Nahar;
  - Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  - Karyera yüksəlişi imkanı;
  - Korporativ mobil nömrə


Müraciət qaydaları:
CV-nizi [email protected]  elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Maliyyə analitiki” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.