Job Description
Responsibilities :
• Əsas Vəzifələr və Məsuliyyətlər:
• Şirkətin uzunmüddətli məqsədlərinə uyğun olaraq satış strategiyasını hazırlamaq və həyata keçirmək.
• Tikinti sektorunun bazar şərtlərinə uyğun plan və layihələr yaratmaq, müştəri tələblərinə cavab verən məhsul və xidmətlər təklif etmək.
• Satış komandasının iş fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və effektiv idarə etmək.
• Satış işçilərinin inkişafına dəstək olmaq, təlimlər təşkil etmək və performanslarını dəyərləndirmək.
• Komandanın motivasiyasını təmin etmək və onların satış hədəflərinə çatması üçün dəstək göstərmək.
• Yeni müştəriləri cəlb etmək və mövcud müştərilərlə işgüzar əlaqələri gücləndirmək.
• Müştərilərə fərdi yanaşma təklif edərək, onların ehtiyaclarına uyğun həllər təklif etmək.
• Müştərilərin məmnuniyyətini təmin etmək və müştəri şikayətlərini effektiv şəkildə həll etmək.
• Satış şöbəsinin və Layihələr üzrə satış komandalarının gündəlik fəaliyyətlərinin təşkil edilməsi və izlənməsi.
• Tikinti layihələrinin vaxtında təklif edilməsi və satış müqavilələrinin bağlanmasının təmin edilməsi.
• Satış dövriyyəsini izləmək, satış planlarının effektivliyini təhlil etmək və lazımi düzəlişləri həyata keçirmək.
• Satış komandasının, rüblük və illik satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət planları hazırlamaq.
• Hədəflərə çatmaq üçün lazım olan resursları müəyyənləşdirmək və komandanın bu resurslardan düzgün istifadəsini təmin etmək.
• Tikinti sektorunda bazar tendensiyalarını, rəqabəti və müştəri tələblərini daim izləmək.
• Rəqiblərin fəaliyyətlərini və məhsul təkliflərini analiz edərək bazar payını artırmaq üçün strategiyalar hazırlamaq.
• Yeni trendlərə və dəyişən müştəri ehtiyaclarına uyğun satış planlarını daim yeniləmək.
• Satış büdcəsini hazırlamaq və idarə etmək.
• Gəlir və xərclərin analizi, satış proseslərinin rentabelliyini artırmaq üçün maliyyə hesabatlarının təhlili.
• Satış performansı ilə bağlı şirkət rəhbərliyinə müntəzəm hesabatlar təqdim etmək.
• Müştəri məmnuniyyətini artırmaq və satış sonrası xidmət keyfiyyətini təmin etmək üçün strategiyalar hazırlamaq.
• Tikinti layihələrində müştərilərə yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etmək.
• Müştərilərdən gələn şikayətləri dinləmək və onların tez və effektiv şəkildə həll olunmasını təmin etmək.
• Müştəri problemlərinin təkrar olunmaması üçün preventiv tədbirlər görmək.
• Şirkətin yeni məhsul və xidmətlərinin bazara çıxarılması və onların satışının təşkili.
• Yeni məhsul və xidmətlər haqqında müştərilərə məlumat vermək və onları təqdim etmək üçün tədbirlər təşkil etmək.
• Satış şöbəsinin rəhbəri birbaşa olaraq şirkət rəhbərliyinə hesabat verir.
Requirements :
Tələblər:
• Ali təhsil (işgüzar idarəetmə, iqtisadiyyat, mühəndislik və ya marketinq sahəsində).
• İş təcrübəsi: müvafiq sahə üzrə 5-7 ildən az olmayaraq;
• Güclü liderlik və komanda idarəetmə bacarıqları.
• Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparma bacarığı.
• Marketinq və satış analizi üzrə geniş biliklər.
• Müştəri yönümlü düşüncə və problem həll etmə bacarıqları.
• CRM sistemləri və müasir satış texnologiyaları ilə işləmə təcrübəsi.
• Əsas Şəxsi Keyfiyyətlər:
• Yüksək təşəbbüskarlıq və nəticə yönümlü yanaşma.
• Analitik düşüncə və bazarı anlama bacarığı.
• Yaxşı təşkilatçılıq və vaxt idarəetmə bacarığı.
• Stress altında işləmə qabiliyyəti və çeviklik.
İş Şəraiti:
• İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
• İş saatları: 09:00 – 18:00
• Nahar şirkət tərəfindən təmin olunur