Job Description
Vakansiya Haqqında:
Biz beynəlxalq yük daşımalarını koordinasiya edəcək, türk və avropa tərəfdaşları il işləyəcək və logistika proseslərini idarə edəcək təcrübəli və təşəbbüskar Türkiyə və Avropa xətti üzrə Logistika Əməliyyat Mütəxəssisi axtarırıq. Sizin əsas vəzifəniz, yüklərin effektiv və vaxtında çatdırılmasını təmin etmək, müqavilə öhdəliklərinə nəzarət etmək və logistika sxemlərini optimallaşdırmaqdır.
Responsibilities :
Türkiyə – Azərbaycan, Avropa-Azərbaycan marşrutu üzrə yük daşımalarının təşkili və nəzarəti.
Təchizat zəncirinin idarə edilməsi: türk tərəfdaşlarla danışıqlardan müştərilərə yükün çatdırılmasına qədər.
Daşıyıcılar, gömrük brokerləri və anbar operatorları ilə əlaqə.
Yüklərin sənədləşdirilməsinə nəzarət: müqavilələr, fakturalar, gömrük bəyannamələri.
Logistika proseslərinin xərclərin azaldılması üçün optimallaşdırılması.
Logistika xidmətləri bazarının monitorinqi və analizi.
Əməliyyat problemlərinin həlli və çatdırılma müddətlərinin yerinə yetirilməsinə nəzarət.
Logistika əməliyyatları üzrə KPI hesabatlarının hazırlanması və təhlili.
Requirements :
İş Təcrübəsi: Logistika sahəsində, tercihen beynəlxalq daşımalar üzrə ən azı 3 il iş təcrübəsi.
Türkiyə, Avropa Bazarının Biliyi: Türkiyə, Avropa və Azərbaycan arasında yük daşımalarının və gömrük proseslərinin xüsusiyyətlərini anlamaq.
Dil Bilikləri: Türk və Inglis dillərini sərbəst bilməsi zəruridir.
Təhsil: Logistika, beynəlxalq əlaqələr və ya iqtisadiyyat sahəsində bakalavr dərəcəsi.
Bacarıqlar:
Mükəmməl təşkilati bacarıqlar.
Danışıqlar aparmaq və münaqişə vəziyyətlərini həll etmək bacarığı.
Nəqliyyat və gömrük sənədləri ilə işləmə təcrübəsi.
MS Office və xüsusi logistika sistemlərində peşəkar səviyyədə işləmə bacarığı.
Öz yük maşını parkına malik agentlər bazasının olması.
Şəxsi Keyfiyyətlər:
Məsuliyyət və detallara diqqət.
Çox vəzifəli mühitdə işləmək bacarığı.
Stresə davamlılıq və problemlərə proaktiv yanaşma.
İş Şərtləri:
Rəqabətli maaş + KPI-lərə əsaslanan bonuslar.
Rəsmi işə qəbul.
Dinamik və stabil bir şirkətdə işləmək imkanı.
İş saatları: Bazar ertəsindən Cümə gününə qədər, saat 09:00-dan 18:00-a qədər.