Job Description
Responsibilities :
1. Maliyyə və mühasibat şöbəsinə rəhbərlik, mühasibat işçilərinin işlərinə nəzarət.
2. Mühasibat və vergi uçotunun aparılması.
3. Şirkətin maliyyə vəziyyətinin təhlili və hesabatların rəhbərliyə təqdim edilməsi.
4. Şirkətin maliyyə əməliyyatlarının idarə edilməsi, uçot sistemində dəqiq əks etdirilməsi, gəlir və xərclərin düzgün uçotunun təmin edilməsi, əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablamalarının düzgün həyata keçirilməsi.
5. ƏMAS portalında işləmək, kadr əməliyyatlarının aparılması.
6. Əmək haqqı və podratçılara xidmət haqqının hesablanmasının həyata keçirilməsi, əmək müqavilələrinə uyğun olaraq işçilərin məvacib və digər ödənişlərinin (məzuniyyət, ezamiyyət, müxtəlif növ iş rejimlərinə uyğun əməkhaqqı hesablanması, əlavələr, xəstəlik vərəqəsi, bonus və s.) düzgün hesablanması və vaxtında ödənilməsi.
7. Debitorlara elektron qaimə, hesab faktura və aktların hazırlanıb, göndərilməsi.
8. Podratçılardan elektron qaimələrin alınmasının təmin edilməsi.
9. Bank və depozit hesabından köçürmələrin icra edilməsi, pul vəsaitlərinin hərəkətinə nəzarət və maliyyə axınlarının planlaşdırılması.
10. Satış və satınalma əməliyyatlarının uçotunun aparılması, həmçinin mal-material ehtiyatlarının mühasibat uçotunda dəqiq qeyd edilməsi.
11. Vergi qanunvericiliyinə uyğun olaraq şirkətin vergi öhdəliklərinin düzgün hesablanması, vaxtında yerinə yetirilməsi, ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər bütün vergi növləri üzrə hesabatların hazırlanması, təqdim edilməsi, vergi yoxlamaları zamanı lazımi sənədlərin təqdim edilməsi.
12. 1C mühasibat və ERP proqramının yığılması, elektron sənəd dövriyyəsinin idarə edilməsi.
13. Debitor və kreditorlarla işləmək.
14. Balansın işlənməsinə nəzarət.
Requirements :
Əsas tələblər:
Vergi qanunvericiliyi,
1C və ERP proqramlarında işləmək bacarığı,
Rus dili.
İş vaxtı:
Həftə içi 5 gün, 9:00-18:00-dək.