Top.Mail.Ru
Baş Mühasib Production Company
012 -5961868
4000-5000 AZN
05.02.2025

Job Description

Responsibilities :

Əsas vəzifə öhdəlikləri

Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət, Muzdlu, Əmlak) hazırlanması və təqdim edilməsini təşkil olunması;
DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsinin təşkil olunması; 
Statistika hesabatlarının hazırlanması və təqdim edilməsinin təşkil olunması;
Kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılmasının təşkil edilməsi;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılmasının təşkili;
Uçot siyasətinin müəyyən edilməsi ilə bağlı təkliflər verilməsi;
Təhtəl şəxslərin hesabat qeydiyyatının aparılması və onların ikili yazılışına nəzarət edilməsi;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirilməsi;
Büdcə xərclərinin azaldılması məqsədi ilə ilin sonunda növbəti il üçün təkliflərin hazırlanmasında iştirak etmək.
Şirkətin aktivlərinin qorunması məqsədilə inveüntarizasiyaların təşkil olunması;
Baş ofis və filiallarda mühasibatlığın qanunvericiliyə uyğun aparılmasının təmin olunması;
Rəhbərlik tərəfindən tələb olunan hesabatların təqdim olunması;

Səlahiyyətləri

Tabeliyində olan əməkdaşların iş bölgülərinin təşkili;
Birbaşa tabeliyində olan işçilərin qiymətləndirilməsi və onların inkişafı üzrə təkliflərin verilməsi;
Uçot siyasətinə dəyişiklik və təkmilləşmələr üzrə təkliflərin verilməsi;
Şöbənin işçilərlə komplektasiyası üzrə tədbirlərin görülməsi;

Məsuliyyətləri

Məxfilik tələb edən məlumatların qorunması;
Fəaliyyəti ilə bağlı tələb edilən hesabatların hazırlanması.
Uçotun qanunvericiliyə uyğun təşkili;
Şirkətin maddi və qeyri maddi aktivlərinin qorunması

Requirements :

Təhsil: Ali
Təcrübə: 5+ il
Sertifikatlar: PMS mütləqdir. ACCA və ya DipIFR olması müsbətdir.
Dil bilikləri: Azərbaycan dili, İngilis dili və ya Rus dili (olması müsbət haldır)
Kompüter bilikləri: MS Office, 1C 8.3 / ERP,  MS Outlook
Sahə biliklər: Azərbaycan Respublikasında tətbiq olunan mühasibat qanunvericiliyini bilmək;
Vergi Məcəlləsini bilmək;
DSMF üzrə qanunvericiliyi bilmək;
Əmək məcəlləsini bilmək;
Kassa-bank əməliyyatlarının aparılması üzrə qaydalarə bilmək;
Statistik hesabatların hazırlanma qaydalarını bilmək.

Səriştə və bacarıqlar:

Çoxsaylı prioritetləri idarə etmək və son tarixləri qarşılamaq bacarığı;
Əla ünsiyyət və şəxsi keyfiyyətlər;
Güclü problem həll etmə bacarığı və tənqidi düşünmə bacarığı;
Güclü liderlik qabiliyyəti və komandanın idarə olunması;