Job Description
Responsibilities :
Peşəkar Bacarıqlar və Təcrübə
• Texniki idarəetmə və nəzarət – filiallarda texnika və aqreqatların saz vəziyyətdə saxlanılmasına nəzarət etməli və texniki nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etməli;
• Təmir və texniki xidmət – texnikaların əsaslı və cari təmir planlarının icrasına nəzarət etməli və ehtiyat hissələrin vaxtında təmin olunmasına nəzarət etməli;
• Anbar və təchizat idarəetməsi – ehtiyat hissələrin təchizatını təşkil etməli və 1C proqramında dövriyyəni təhlil etməli;
• Koordinasiya və əlaqə – dövlət qurumları və filiallarla texniki sənədləşməni və əlaqəni təmin etməli;
• Təlim və heyət idarəetməsi – sürücülərə və mexanizatorlara təlimlər keçməli və onların fəaliyyətini nəzarətdə saxlamalı;
• GPS nəzarəti – texnikaların və xidməti avtomobillərin GPS-də izlənilməsini təmin etməli;
• Hesabatlıq və analitika – texnikaların fəaliyyəti barədə aylıq və rüblük hesabatlar hazırlamalı və rəhbərliyə təqdim etməli.
Requirements :
Tələb Olunan Bilik Səviyyəsi
• Ali təhsil (İdarəetmə, Mexanika, Texnika və ya oxşar sahələr üzrə);
• Proqram bilikləri: 1C və MS Office proqramlarını yüksək səviyyədə bilməli;
• Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür).
Şəxsi Keyfiyyətlər
• Diqqətli və məsuliyyətli – detallara və məxfi məlumatlara qarşı həssaslıq;
• Yüksək təşkilatçılıq və vaxtın idarə olunması – prosesləri dəqiq və səmərəli idarə etməli;
• Effektiv ünsiyyət və komandada işləmə – komanda ruhunu qoruya bilməli və əməkdaşlarla düzgün əlaqə qurmalı;
• Problem həll etmə və qərarvermə qabiliyyəti – çətin vəziyyətlərdə sürətli və düzgün qərar verməli;
• Təşəbbüskar və çevik – yeniliklərə açıq və adaptasiya bacarığı yüksək olmalıdır.
Bölgələr:
Bərdə və Tərtər