Top.Mail.Ru
Mühasibat mütəxəssisi International Company
012 -5961868
negotiable
17.04.2025

Job Description

Responsibilities :

Mühasibat mütəxəssisi

*Faktura (E-qaimə), çatdırılma qaiməsi və sənəd izlənməsi
• Satış və alış fakturalarının qanuni tələblərə uyğunluğunu gündəlik olaraq yoxlamaq, qeydiyyata almaq, mühasibat uçotuna daxil etmək və arxivləşdirmək.
• Çatdırılma və göndərmə qaimələrinin izlənməsini aparmaq və mühasibat qeydlərinə daxil etmək.

 *Bank və kassa əməliyyatları:
• Gündəlik kassa mədaxil və məxaric əməliyyatlarını izləmək, mühasibat uçotuna daxil etmək və sistemə işləmək.
• Şirkətin bank hesabı hərəkətlərini izləmək, bank təlimatlarını hazırlamaq
•  Kredit və digər maliyyə alətlərinin izlənməsini aparmaq və bank hesablarının uzlaşdırılmasını həyata keçirmək.

*Cari hesab və müştəri uzlaşdırmaları:
• Təchizatçılar, müştərilər və digər iş ortaqları ilə cari hesab uzlaşdırmalarını həyata keçirmək.
• Borc və alacaq hesablarını izləmək, gecikmiş ödənişlər barədə müvafiq bölmələri məlumatlandırmaq.
• Müştəri və təchizatçı hesab ekstrelərini yoxlamaq və uyğunluqları təmin etmək.

*Kadr əməliyyatları:
• İşçi əməkhaqqı hesablamalarını sistemə daxil etmək.
• Sosial Müdafiə Fondu üçün işə qəbul və işdən çıxma əməliyyatlarını aparmaq, maliyyə müşavirinə məlumat vermək.
• Yemək, yol, mükafat kimi əlavə ödənişlərin aylıq sənədlərinin hazırlanmasını izləmək.


*Hesabatvermə:
• Balans, gəlir hesabatı və digər maliyyə hesabatlarının hazırlanmasına dəstək olmaq.
• Maliyyə əməliyyatlarını mütəmadi olaraq izləmək, potensial problemləri aşkarlamaq və təkliflər təqdim etmək.

*Amortizasiya edilən aktivlərin izlənməsi
• Şirkətin əsas vəsaitlərinin (binalar, avadanlıqlar, nəqliyyat vasitələri, proqram təminatı və s.) inventarını tərtib etmək və mütəmadi yeniləmək,
• Yeni alınan əsas vəsaitlərin mühasibat sisteminə düzgün qeydiyyata alınmasını təmin etmək,
• İstifadədən çıxan, satılan və ya istifadəyə yararsız hala düşən aktivlərin amortizasiya prosesini dayandırmaq və müvafiq qeydləri yeniləmək,
• Əsas vəsaitlərin istismar müddətinə uyğun olaraq illik və aylıq amortizasiya hesablamalarını aparmaq,
• Amortizasiya xərclərini müvafiq mühasibat hesablarına düzgün şəkildə daxil etmək,
• İl sonu bağlanış əməliyyatlarında amortizasiya xərclərini maliyyə hesabatlarına dəqiq şəkildə əks etdirmək.

*İdxal sənədlərinin yoxlanılması və mühasibat uçotu:
• İdxal fakturalarını, gömrük bəyannaməsini, konosament (Bill of Lading), sığorta polisi və digər müvafiq sənədləri yoxlamaq,
• İdxal edilən məhsulların anbara daxil olmasını mühasibat sisteminə qeyd etmək,
• Gömrük rüsumları, ƏDV və digər idxal xərclərinin hesablanmasını təmin etmək,
• İdxal olunan malın maya dəyərinin hesablanmasını aparmaq və müvafiq mühasibat hesablarına daxil etmək,
• Bank ödənişlərini izləmək və idxal ödənişlərini müvafiq mühasibat hesablarına işləmək,
• İdxal olunan malların inventar siyahısı ilə uyğunluğunu yoxlamaq,
• Depoya daxil olma və çıxış əməliyyatlarını izləyərək, anbar işçisi ilə birlikdə stok nəzarətini aparmaq,

Requirements :

Tələblər:
•  Mühasibat və ya maliyyə sahəsində ali təhsil.
•  Eyni sahədə ən azı 2 - 3 illik iş təcrübəsi.
•  MS Office və mühasibat proqramları ilə işləmək bacarığı.
•  Azərbaycan dili sərbəst, İngilis dili biliyi arzuolunandır.