Top.Mail.Ru
Product Marketinq menecer Financial Organization
012 -5961868
3000 AZN
26.04.2025

Job Description

Responsibilities :

Rəqiblərin məhsullarını, qiymət siyasətini və marketinq strategiyalarını təhlil etmək.
Bazar təhlili/Müştəri ehtiyaclarını və bazar tendensiyalarını izləyərək yeni sığorta məhsullarının yaradılması və ya mövcudların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.
Bazarda boşluqları və yeni imkanları müəyyənləşdirmək.
Məhsulun hədəf auditoriyasını müəyyənləşdirmək və seqmentasiya aparmaq.
Məhsul mövqeləndirilməsi: Bazardakı rəqiblərlə müqayisədə sığorta məhsullarının üstünlüklərini önə çıxarmaq və düzgün mövqeləndirməni təmin etmək.
Məhsulun bazarda hansı üstünlüklərlə təqdim olunacağını müəyyənləşdirmək
Məhsulun tanıdılması üçün marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək.
Yeni məhsulun bazara çıxarılması üçün (product launch) strategiyalar qurmaq.
Satış nəticələrini təhlil etmək və məhsulun bazardakı performansını qiymətləndirmək.
KPI-lərə əsasən məhsul marketinq kampaniyalarının uğurunu ölçmək (ROI, dönüşüm nisbətləri, bazar payı və s.).
Məhsulun bazara çıxarılması, inkişaf mərhələsi, böyümə və olgunluq dövrləri üçün fərqli marketinq planları hazırlamaq.
Məhsulun həyat dövrünə uyğun təkrar yerləşdirmə (repositioning) və ya yenidən markalaşma (rebranding) strategiyalarını hazırlamaq.
Yeni sığorta məhsulları və sığorta proqramları işləyib hazırlamaq və tətbiq etmək.
Satış dəstəyi: Satış komandası ilə koordinasiyalı işləyərək onların marketinq ehtiyaclarını vaxtında və keyfiyyətli təmin etmək.

Requirements :

Vəzifə üzrə irəli sürülən tələblər

Marketinq menecerin vəzifəsinə ali təhsilli, marketinq və ya biznesin idarəedilməsi sahəsində ən azı 4-5 il iş təcrübəsi və vətəndaşlıq qüsursuzluğuna malik olan şəxs təyin edilir. 

          Marketinq meneceri bilməlidir:
Marketinq sahəsində ən azı 4-5 il iş təcrübəsi (sığorta üzrə iş təcrübəsi olanlara üstünlük verilir)
Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə)
Marketinqin əsas prinsiplərini yaxşı bilmək
Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı olmalı
İnkişafa meyilli, məsuliyyətli və yaradıcı olmalı
Microsoft Office proqramlarını istifadə qaydalarını bilməli  və təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı olmalıdır.
Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı
Dil bilikləri: Azərbaycan (əla), Rus(əla) və İngilis dilləri 
Lisenziya/Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir.