Top.Mail.Ru
012 -5961868
negotiable
08.05.2025

Job Description

Responsibilities :

Rəhbərliyin təsdiq etdiyi plana müvafiq olaraq obyektlərin layihələndirilməsini və tikintisini əlaqələndirir və nəzarət edir:  
Yeni restoran layihələrin ilkin mərhələlərində detallı axtarış edir, sahə analizlərini aparır, ölçü işlərini aparır, ilkin dizayn yanaşmasını təmin edir.
Yeni restoranların tikintisi üzrə işlərin yerinə yetirilməsini, investisiya ehtiyatlarının təsdiq olunmuş büdcəyə müvafiq olaraq məqsədli və səmərəli istifadə olunmasını təmin edir.
Eskiz və işçi layihələrin hazırlanması, material hesabatlarının aparılması
Layihə-tədqiqat işlərinin yaxşılaşdırılması və ucuzlaşdırılması, istehsalatın təşkilinin təkmilləşdirilməsi, artıq xərclərin ixtisar edilməsi, işlərin yerinə yetirilməsi müddətinin qısaldılması üzrə işlərə rəhbərlik edir.
Tikinti layihələrin ümumi satınalma strategiyasının təyin edilməsi prosesində iştirak edir və müvafiq peşəkar rəy bildirir, tender prosesinə texniki dəstək verir.
Əsaslı tikinti üzrə perspektiv və cari planların işlənilməsində və büdcənin tərtib olunmasında iştirak edir. 
Layihə-tədqiqat və podratçı təşkilatlarla müvafiq işlərin yerinə yetirilməsinə dair müqavilələrin vaxtında bağlanması üçün tədbirlər görür.
Layihə-tədqiqat və podratçı təşkilatlar tərəfindən öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir, zəruri hallarda isə müqavilələrdə nəzərdə tutulmuş cərimələrin təqdim olunmasını təşkil edir, tikintini bahalaşdıran və Şirkətin standartlarına cavab verməyən inşaat materiallarının və texniki şərtlərin tətbiqinə yol vermir.
Layihələndirmə və tikinti üçün zəruri materialların (K1, K2 leyautlarının, avadanlığın quraşdırılması və s.) vaxtında verilməsi üçün tikinti şöbəsinin bütün qruplarının (memarların, avadanlığın) əlaqələndirilməsini təmin edir. 
Layihələndirmə üzrə tapşırıqları razılaşdırır.
Layihə-smeta sənədlərinin vaxtında təqdim olunması, investisiya vasitələrindən məqsədli istifadəyə, tikinti müddətlərinə riayət olunmasına, əsaslı tikinti üzrə mövcud olan qanunvericiliyə riayət olunmasına, obyektin istismara vaxtında verilməsinə nəzarəti təmin edir.
Fənnlərarası (memarlıq, konstruksiya, mexanika və elektrik sistemləri, İKT və layihələndirməyə və tikintiyə aid digər məlumatlar) koordinasiyanı və müxtəlif tərəflərə aid məlumatların layihələndirmə və tikinti proseslərinə inteqrasiyasını təmin edir.
Restoranlarda sınmalar və avadanlıqlarda nasazlıqlar barədə məlumatın vaxtında toplanmasını və emalını təşkil edir.
İş prosesində olan bütün obyekt və istiqamətlər üzrə layihə-smeta sənədlərinin razılaşdırılmasının aparılması və inşaat-quraşdırma işlərinin aparılması üçün icazələrin alınması müddətlərinə ümumi nəzarəti təmin edir.
Layihələrin bütün mərhələlərində layihə sənədlərində və inşaat prosesində baş verən dəyişiklikləri qeydə alır və nəzarət edir.
İcra olunmalı maliyyə hesabatı sənədlərini və hesablarını Şirkətin maliyyə şöbəsinə vaxtlı-vaxtında və tələb olunan müddətdə təhvil verir.
Şöbənin işçi sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsini təmin edir
İşə aid başqa funksiyaları və tapşırıqları yerinə yetirir. 

Requirements :

Tələblər
Memarlıq üzrə Ali təhsil
Müvafiq sahə üzrə minimum 8 il (tikinti və ofis) iş təcrübəsi
Yanaşı sahələr – konstruksiya, mexanika və elektrik/zəif axın sistemləri üzrə ümumi praktiki və nəzəri baza, ümumi anlayış və prinsipləri bilməli

Tikinti normativ sənədlər üzrə biliklər:
AzDTN, SNİP, BS, EN, ASHRAE, NFPA, BIM
Dil bilikləri:
Azərbaycan dili – səlis
İngilis dili – səlis 
Rus dili – arzu olunandır

Kompüter bilikləri:
MS Office, Autodesk AutoCAD (mütləq), ArchiCAD (arzuolunandır), SketchUp (arzuolunandır)
Davranış və səciyyəvi xüsusiyyətlər:
İdarəetmə bacarığı
Təqdimat bacarığı
Problemlərin həllinə yönümlü
Müsbəq əlaqə və əməkdaşlıq qurma
Özünə əminlik və inkişafa meyilli olma