Top.Mail.Ru
Asset Manager HoReCA
012 -5961868
negotiable
20.05.2025

Job Description

Texniki aktivlərin idarəedilməsi üzrə menecer 

Responsibilities :

Şirkətin portfelində olan bütün texniki avadanlıqların, sistemlərin və mühəndis infrastrukturunun fasiləsiz və təhlükəsiz istismarını təmin edir

Bəzək-tamamlama, mexanika, elektrik və zəif axın bölmələrin planlı və və ya təcili təmir-bərpa, texniki baxım və servis işlərini təşkil edir

Aşağıdaki sahələr üzrə texniki istismar sistemini qurur və idarə edir:
Preventiv və korrektiv texniki baxışların planlaşdırılması və icrası
Texniki qeydlərin aparılması üçün SAP, CMMS və ya digər platformaların qurulması və idarə olunması
Avadanlıqların və sistemlərin pasportlarının, zəmanət sənədlərinin və digər texniki materialların idarə olunması
Fasiləsiz monitorinq və hesabat üçün avadanlıq xəritələrinin hazırlanması

Texniki nasazlıqlar və təmir proseslərinə birbaşa nəzarət edir:
Təcili və planlı təmir işlərinin təşkili
Podratçı və xidmət təminatçılarının təyin edilməsi, koordinasiyası və idarə olunması
Restoranların, habelə icarə sahələrinin administrasiyası və texniki heyəti ilə kommunikasiya və dəstək 
KPI və SLA göstəricilərinin formalaşdırılması və monitorinqi

CAPEX layihələrində və əsaslı təmirlərdə aktiv iştirak edir:
Remodelinq, rekonstruksiya və əsaslı təmir planlarının hazırlanması və büdcələşməsi
Yeni texnoloji həllərin təhlili və tətbiqi
Texniki işlərin icrasına dair vendor və podratçıların istiqamətləndirilməsi və işin koordinasiyası

HSE və Qida Təhlükəsizliyi sahəsində aşağıdakı funksiyaları yerinə yetirir:
AR qanunvericiliyinə və beynəlxalq standartlarına uyğunluğun təmin edilməsi
Risklərin minimallaşdırılması və texniki xidmətlərin təhlükəsizliyin təşkili
İllik/rüblük texniki və təhlükəsizlik baxışlarının təşkili və auditlərdə iştirak

Yeni restoranların istismara verilməsi zamanı:
Restoranın təhvil prosesi (handover) və test & commissioning (buraxılış-sazlama) mərhələlərində iştirak
Vendor və podratçılar ilə birgə yoxlamaların keçirilməsi və təmir/təchizat məsələlərin həll olunması
Açılış sonrası sənədlərin təhvili və texniki istismar üçün üçün tam paketin formalaşdırılması

İcarəyə verən tərəfin texniki nümayəndələri və mülkiyyətçilər ilə effektiv əlaqə qurur:
Şirkətin maraqlarını qoruyaraq onların tələblərini koordinasiya edir və istismara inteqrasiya olunmasına nəzarət edir
Aydın və mütamadi kommunikasiya vasitəsilə texniki proseslərdə uzlaşmanı təmin edir

Hesabatlar, analizlər, xərclərin optimizasiyası və inkişaf təklifləri hazırlayır və Rəhbərliyə təqdim edir
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Requirements :

Təhsil və təcrübə:
Ali texniki təhsil (inşaat, mühəndislik, energetika və ya əlaqəli sahələr)
Restoran, retail və ya otel sektorunda texniki istismar minimum 5 il iş təcrübəsi
Texniki xidmət sahəsində idarəedici və ya koordinator rolunda azı 2 il təcrübə

Texniki bilik və bacarıqlar:
Təmir-tikinti, HVAC, elektrik, su-kanalizasiya, zəif axın, yanğından mühafizə və digər mühəndis sistemləri üzrə dərin nəzəri və praktiki biliklər
ASHRAE, İSO, NFPA, FSA və lokal normativlər üzrə biliklər
SAP, SMMS və ya bənzər texniki qeydiyyat platformalarında işləmə təcrübəsi

Dil və kompüter bilikləri:
Azərbaycan dili – səlis (mütləq)
İngilis və rus dili – arzu olunandır
MS Office (mütləq)
Autodesk AutoCAD (arzu olunandır)

Şəxsi keyfiyyətlər:
Sistemli düşüncə və təşəbbüskarlıq
Təşkilatçılıq və idarəetmə
Planlaşdırma və monitorinq bacarıqları
Komandada və minimal nəzarət altında işləmə bacarığı
Stressə davamlılıq və qərarvermə
Əlaqə və danışıqlar aparmaq bacarığı (daxili və xarici tərəfdaşlar ilə)