Top.Mail.Ru
Komplayns üzrə aparıcı mütəxəssis Financial Organization
012-5961868
negotiable
01.07.2025

Job Description

Responsibilities :

Əsas vəzifə öhdəlikləri:
· Şirkətin fəaliyyəti üzrə mövcud qanunvericilik, tənzimləyici aktlar və daxili normativ sənədlərə uyğunluğun təmin edilməsi;
· ƏL/TMM qanununa əsasən prosedurlarının tətbiqi və yoxlanması
· Risklərin azaldılması məqsədilə hüquqi və normativ tələblərə riayət olunmasına nəzarət;
· Daxili nəzarət və komplays şöbəsinin siyasət və prosedurların hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
· Yeni məhsul və xidmətlərin hüquqi uyğunluğunu qiymətləndirmək və rəy vermək;
· Nəzarət orqanları (Mərkəzi Bank, Maliyyə Monitorinq Xidməti və s.) ilə yazışmalar və hesabatların hazırlanması;
· Komplayns risklərinin təhlili və bu risklərin idarə olunması üçün tədbirlərin təklif edilməsi;
· Şirkətin əməkdaşlarının Komplayns qaydalarının tətbiqi və prosedurların məlumatlandırılması və təlimatlandırılması proseslərində iştirak;
· Daxili audit və yoxlamalar zamanı dəstək göstərmək və tövsiyələrin icrasına təmin etmək.

Requirements :

· Hüquq ixtisası üzrə ali təhsil;
· Bank və ya maliyyə sektorunda, xüsusilə hüquq və komplayns sahəsində minimum 2 il iş təcrübəsi;
· Azərbaycan Respublikasının bank qanunvericiliyi və beynəlxalq komplayns standartları üzrə biliklər;
· Risk, audit, daxili nəzarət və ƏL/TMM sahəsində sertifikatın olması
· Analitik düşünmə qabiliyyəti, detallara diqqət və yüksək peşəkarlıq;
· Güclü yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan dilində sərbəst, ingilis və rus dili üstünlükdür);
· Yüksək məsuliyyət və müstəqil qərarvermə bacarığı.

Biz nə təklif edirik?
· Rəqabətədavamlı əməkhaqqı.
· Çevik iş qrafiki (5/2).
· Rəsmi əmək müqaviləsi 
· Peşəkar və karyera inkişafı üçün geniş imkanlar.
· Daima dəstək olan və kömək etməyə hazır peşəkar komanda.
· Bazarın inkişafına yönəlmiş innovativ layihələr üzərində işləmək imkanı!