Job Description
Responsibilities :
Əsas vəzifə öhdəlikləri
• Şirkətin fəaliyyət göstərdiyi strukturlar üzrə vahid və effektiv maliyyə idarəetmə sisteminin qurulmasına və tətbiqinə rəhbərlik etmək;
• Uzunmüddətli maliyyə strategiyalarının formalaşdırılması və onların biznes məqsədlərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
• Şirkətin illik, rüblük və aylıq maliyyə büdcələrinin hazırlanması, xərclərin planlaşdırılması və büdcə intizamına nəzarət proseslərini təşkil etmək;
• Gündəlik əməliyyatlarda pul axınının idarə olunmasını, maliyyə likvidliyinin təmin edilməsini və investisiya resurslarının optimal bölüşdürülməsini təmin etmək;
• Şirkət daxilində mühasibat və maliyyə uçotunun düzgün, şəffaf və beynəlxalq standartlara (IFRS) uyğun şəkildə aparılmasına rəhbərlik etmək;
• Müxtəlif strukturlar üzrə maliyyə nəticələrinin təhlili, maliyyə göstəricilərinə əsaslanan strateji qərarların verilməsi üçün rəhbərliyə detallı hesabatlar təqdim etmək;
• Vergi, audit, gömrük və digər nəzarət orqanları ilə qarşılıqlı əlaqələri idarə etmək, qanunvericiliyə uyğun hesabatlılığı təmin etmək;
• Şirkətin maliyyə üzrə daxili nəzarət sistemlərini qurmaq, riskləri əvvəlcədən müəyyən etmək və onları minimuma endirmək üçün mexanizmlər hazırlamaq;
• ERP və digər rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və optimallaşdırılması prosesinə rəhbərlik etmək, texnoloji alətlərin idarəetmədə rolunu gücləndirmək;
• Mühasibatlıq, büdcələmə, vergi və xəzinə komandalarının gündəlik fəaliyyətlərini idarə etmək, iş bölgüsü, performans dəyərləndirmə və peşəkar inkişaf sahələrində sistemli yanaşma tətbiq etmək;
• Şirkət daxilində maliyyə intizamı və hesabatlılıq mədəniyyətini formalaşdırmaq və bu sahədə liderlik nümunəsi göstərmək.
Requirements :
Namizədə dair tələblər və gözləntilər:
• Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi; beynəlxalq maliyyə sertifikatları – ACCA, PMS, CPA və ya CIMA arzuolunandır);
• Minimum 7-10 il maliyyə sahəsində iş təcrübəsi, o cümlədən ən azı 3-5 il rəhbər vəzifədə işləmə təcrübəsi;
• Azərbaycan Respublikasının vergi qanunvericiliyi, maliyyə və mühasibat uçotu standartları, əmək qanunvericiliyi və maliyyə hesabatlılığı üzrə dərin biliklər;
• Beynəlxalq maliyyə hesabatı standartları (IFRS) üzrə bilik və təcrübə;
• ERP proqram təminatları (1C, SAP və s.) ilə iş təcrübəsi və bu sistemlərin maliyyə proseslərinə inteqrasiyası sahəsində biliklər;
• Güclü analitik və strateji düşünmə qabiliyyəti, dəyişiklikləri idarəetmə bacarığı, nəticəyə yönəlik qərarvermə vərdişləri;
• Liderlik, komanda quruculuğu və idarəetmə bacarıqları, əməkdaşlarla şəffaf və motivasiyaedici ünsiyyət qurma bacarığı;
• Azərbaycan və Rus dilində səlis danışıq və yazı qabiliyyəti, ingilis dili arzuolunandır.