Top.Mail.Ru
Baş Mühasib IT company
012 -5961868
4000-5000 AZN
01.08.2025

Job Description

Vəzifənin məqsədi:

Şirkətin maliyyə və mühasibatlıq funksiyalarını beynəlxalq və yerli qanunvericiliyə, vergi tələblərinə və audit standartlarına uyğun şəkildə strateji səviyyədə idarə etmək. Daxili nəzarət mexanizmlərinin qurulması, şəffaf hesabatlılığın təmin edilməsi və maliyyə üzrə qərarların qəbulunda rəhbərliyə dəstək vermək.


Responsibilities :

Əsas vəzifə və öhdəliklər:

§  Şirkətin bütün maliyyə-mühasibatlıq əməliyyatlarına nəzarət və strateji rəhbərlik;

§  Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması (local GAAP və IFRS formatında);

§  Vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların dəqiqliyinin təmin olunması;

§  Audit proseslərinin təşkili, daxili və xarici auditorlarla əməkdaşlıq;

§  Maliyyə nəzarət mexanizmlərinin yaradılması və tətbiqi – xərclərə nəzarət, büdcələmə, pul vəsaitlərinin hərəkətinin idarə olunması;

§  ERP və ya mühasibatlıq proqramları üzərindən maliyyə axınının avtomatlaşdırılması və sistematikləşdirilməsi;

§  Komandanın idarə olunması, iş bölgüsünün təşkili, biliklərin artırılması və performansın qiymətləndirilməsi;

§  Şirkət rəhbərliyinə maliyyə riskləri, vergi yükü, optimallaşdırma və xərclərin azaldılması üzrə tövsiyələrin hazırlanması;

§  Mühasibatlıq siyasət və prosedurlarının işlənib hazırlanması və icrasına nəzarət.

Requirements :

Namizədə Tələblər:

         Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;

         Minimum 7–10 il mühasibatlıq sahəsində iş təcrübəsi, o cümlədən 3+ il baş mühasib və ya maliyyə rəhbəri vəzifəsində təcrübə;

         Azərbaycan Respublikasının vergi qanunvericiliyi, Əmək Məcəlləsi, Mülki Məcəllə, IFRS standartları üzrə dərin biliklər;

         ERP sistemlərində (məsələn, 1C, SAP, Logo, və s.) təcrübə;

         Auditin keçirilməsi və audit tapıntılarının idarə olunması üzrə təcrübə;

         Analitik təfəkkür, detallara diqqət, qərarvermə və liderlik bacarıqları;

         Güclü ünsiyyət bacarığı və komanda ilə işləmə mədəniyyəti;

         Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dilləri arzuolunandır.