Job Description
Responsibilities :
Əsas vəzifə və öhdəliklər
· Şirkətin
tikinti və daşınmaz əmlak sektoruna uyğun uzunmüddətli PR və marketinq
strategiyasını hazırlamaq və həyata keçirmək;
· Tikinti
layihələrinin bazara çıxarılması üçün reklam və satış dəstək kampaniyalarını
planlaşdırmaq və icrasına rəhbərlik etmək;
· Satış
Departamenti ilə sıx əməkdaşlıq edərək satış hədəflərinə uyğun marketinq fəaliyyətlərini
təşkil və koordinasiya etmək;
· Rəqəmsal
marketinq (SMM, sosial media hesabları, layihə saytları, onlayn elan
platformaları) kanallarının idarə olunması;
· Daşınmaz
əmlak bazarının təhlilini aparmaq, rəqiblərin fəaliyyətini izləmək, qiymət
trendləri və müştəri davranışları üzrə proqnozlar hazırlamaq;
· Layihələrin
təqdimat ofisləri, satış materialları (broşürlər, maketlər, vizual təqdimatlar)
və reklam çarxlarının hazırlanmasına rəhbərlik etmək;
· Korporativ
əlaqələrin və tərəfdaşlıqların yaradılması (developer, agentlik, media, PR tərəfdaşları
ilə);
· İllik
marketinq büdcəsini idarə etmək və təsdiqlənmiş çərçivədə layihələrin
marketinqini həyata keçirmək;
· Brendin
bazarda mövqeyini möhkəmləndirmək, şirkət və layihələrin imicini yüksəltmək;
Requirements :
Vəzifəyə olan tələblər
· Təhsil:
Ali (Marketinq, Biznesin idarə edilməsi və ya uyğun sahə üzrə);
· İş təcrübəsi:
Minimum 5 il marketinq rəhbərliyi sahəsində, daşınmaz əmlak/tikinti sektorunda
təcrübə üstünlükdür;
· Dil
bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
· Tikinti
layihələrinin satış və marketinqində istifadə olunan rəqəmsal alətlər və
strategiyalar üzrə biliklər;
· Güclü
analitik, planlaşdırma və idarəetmə bacarıqları.