Top.Mail.Ru
Maliyyə şöbəsinin müdiri Fintech
012-5961868
negotiable
12.09.2025

Job Description

Responsibilities :

Şirkətin maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin etmək;
Maliyyə hesabatlarının müvafiq qanunvericilik tələblərinə uyğun hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Aktivlərin, əsas vəsaitlərin və öhdəliklərin uçotunu dəqiq və vaxtında aparmaq. İnventarizasiyada iştirak etmək.
Şirkətin illik və strateji maliyyə büdcələrinin hazırlanmasında rəhbərlik etmək;
Büdcə planlarının faktiki göstəricilərlə müqayisəsini apararaq analizlər təqdim etmək;
Büdcə intizamına nəzarət etmək və sapmaların qarşısını almaq üçün tədbirlər görmək.
Maliyyə əməliyyatları ilə bağlı riskləri müəyyən etmək və qiymətləndirmək;
Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və beynəlxalq standartlara uyğun olaraq maliyyə uçot siyasətini həyata keçirmək;
Vergi hesabatlarının hazırlanmasını və təqdim edilməsində iştirak etmək.
Şirkətin maliyyə vəziyyətinə dair analitik hesabatlar hazırlamaq;
Gəlir və xərclərin struktur analizini aparmaq və optimallaşdırma təklifləri vermək;
Maliyyə göstəricilərinin rəhbərliyə və maraqlı tərəflərə təqdim edilməsi.
Avtomatlaşdırılmış mühasibatliq əməliyyatları sistemlərinin tətbiqini həyata keçirmək və nəzarət etmək.
Daxili və xarici audit üçün lazım olan sənədlərin və məlumatların hazırlanmasını təmin etmək;
Audit zamanı qanunvericilik və daxili qaydalara uyğunluğa nəzarət etmək.
Maliyyə şöbəsinin işçi heyətinin fəaliyyətini təşkil etmək və idarə etmək;
İşçi heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və təkmilləşdirmə proqramları təşkil etmək;
Maliyyə intizamının artırılması üçün tədbirlər görmək.
Təsərüffat əməliyyətlərin uçotun yaradılması və nəzarəti.
Əlaqələr və Təmsilçilik:
Şirkətin maliyyə məsələləri üzrə dövlət orqanları, investorlar və digər tərəfdaşlarla əlaqələrini təmin etmək;
Beynəlxalq maliyyə konfranslarında və tədbirlərdə şirkəti təmsil etmək.
Mərkəzi bank tərəfindən tələb edilən qaydada hesabatları vaxtı vaxtında təqdim etmək

Requirements :

Ali təhsil: Maliyyə, iqtisadiyyat və ya müvafiq sahədə ali təhsil  və ya   5 ildən  artiq  maliyyə rəhbəri  üzrə  təcrübə. MBA və ya ACCA/FCCA və ya analoji  sertifikatlar üstünlükdür;
Təcrübə: Maliyyə idarəetməsi və rəhbər vəzifədə ən azı 5-7 il iş təcrübəsi. 
Bank, Bank olmayan kredit təşkilatlarında, BOKT, Bank funksiyasını yerinə yetirən şirkətlərdə işləməli

Texniki Bacarıqlar: ERP sistemləri, MS Excel, 1C proqramları bilikləri;
Biliklər: IFRS, daxili nəzarət sistemləri, vergi qanunvericiliyi, rəqəmsal maliyyə sistemləri və bazar dinamikası.
Dillər: Azərbaycan dili – mükəmməl, ingilis və rus dilləri – arzuolunandır.