Job Description
Responsibilities :
Vəzifə üzrə öhdəliklər:
• Brendin kommunikasiya strategiyasının hazırlanması və icrası (PR planları, kampaniyalar, copywriting və storytelling).
• Bütün kommunikasiya kanallarında (ənənəvi media, rəqəmsal media, sosial şəbəkələr, POS materialları, məhsul qablaşdırması və s.) vahid və tutarlı mesajların təmin olunması.
• Media ilə effektiv əlaqələrin qurulması və inkişaf etdirilməsi (mətbuat nümayəndələri, bloggerlər və influencerlərlə).
• Mətbuat açıqlamaları, press-relizlər və media materiallarının hazırlanması və yayımı.
• Şirkət üçün əhəmiyyətli tədbirlər, konfranslar, seminarlar və HoReCa tərəfdaşları ilə müntəzəm görüşlərdə şirkəti təmsil etmək.
• Tədbirlərin (sərgi, xüsusi əhəmiyyətli günlər, təqdimat, və s.) konsepsiyasının hazırlanması və planlaşdırılması.
• Beynəlxalq sərgilərin planlaşdırılması və təşkil edilməsi üzrə bütün mərhələlərin (müqavilə, icarə, stend, dizayn işləri, press relizlər və digər) koordinasiya edilməsi.
• Tədbir üçün büdcənin hazırlanması, xərclərin nəzarətdə saxlanılması və resursların səmərəli idarə olunması.
• Tədbir məkanının seçilməsi, müqavilələrin bağlanması və təşkilati detallara nəzarət.
• Təchizatçılar, podratçılar, spikerlər və tərəfdaşlarla müntəzəm əlaqələrin qurulması və koordinasiya olunması.
• Tədbirin qrafik və proqramının hazırlanması, işçi qruplar arasında vəzifə bölgüsünün aparılması.
• Tədbirin reklam və tanıtım materiallarının hazırlanmasına nəzarət.
• Qonaqların qeydiyyatı, dəvətlərin göndərilməsi və iştirakçı siyahısının idarə edilməsi.
• Tədbir gedişatına operativ nəzarət və yaranan problemlərin vaxtında aradan qaldırılması.
• İllik kommunikasiya, tədbirlər, sərgilər və tərəfdaşlar üçün promo-hədiyyə büdcəsinin hazırlanması, xərclərin izlənməsi və səmərəli idarə olunması.
• Rəqiblərin kommunikasiya fəaliyyətlərinin izlənməsi, bazar və media tendensiyalarının təhlili
Requirements :
Namizədə Tələblər:
• Ali təhsil (Kommunikasiya, PR, Jurnalistika, Marketinq, Beynəlxalq Münasibətlər və ya əlaqədar sahə);
• Minimum 2-5 il müvafiq sahədə (PR və Kommunikasiya üzrə) iş təcrübəsi;
• “HoReCa”, “FMCG”, “Luxury” Marketinq, ərzaq və qida sənayesi sektorunda iş təcrübəsi üstünlükdür.
• Mükəmməl şifahi və yazılı kommunikasiya bacarıqları, güclü təşkilati və vaxt idarə etmə bacarıqları, SMM, PR və tədbir idarəetmə sahələrində geniş təcrübəyə malik olmaq, detallara diqqətli, pozitiv, yaradıcı, proaktiv, nəticəyönümlü və komandada işləmək bacarığı;
• MS office, sosial platformaların idarə edilməsi və məzmun optimizasiyası, digər rəqəmsal kommunikasiya alətləri, press reliz hazırlama, copywriting, müsahibələr;
• Azərbaycan, Rus və İngilis dilləri mükəmməl.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
• İş yeri: Bakı şəhəri
• Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır