Job Description
Responsibilities :
Vəzifə üzrə öhdəliklər:
• SEO, SEM (Google Ads və digər platformalar), sosial media reklamları, e-poçt kampaniyaları, məzmun (blog, veb kontent, influencer kontent) və digər rəqəmsal kanallar üzrə strategiyaların hazırlanması və icrası;
• Veb saytın və digər rəqəmsal aktivlərin optimizasiyası: istifadəçi təcrübəsi (UX), mobil uyğunluq, landing səhifələr, bağlantılar (link building), sürət və SEO texniki parametrlərin idarə olunması;
• Sosial Media üzrə məsul şəxslə əməkdaşlıq edərək orqanik və ödənişli məzmun planlarının hazırlanması, retargeting və influencer kampaniyalarının koordinasiyası;
• Rəqəmsal kampaniyaların büdcəsinin hazırlanması, xərclərin izlənməsi və performansın ölçülməsi (ROI);
• Google Analytics, Search Console, reklam platformaları, sosial media analitikası və digər rəqəmsal alətlər vasitəsilə kampaniyaların performansının izlənməsi, analizi və hesabatların hazırlanması;
• A/B testləri və məzmun performansının təhlili, nəticələrə əsasən düzəliş və optimizasiya tədbirlərinin tətbiqi;
• Yeni rəqəmsal kanalların və trendlərin izlənməsi və tətbiqi: video kontent, mobil tətbiq reklamları, TikTok/Reels və digər innovativ platformalar;
• Açar söz (keywords) tədqiqatı, yerli (local) və beynəlxalq SEO tələbləri üzrə məzmunun hazırlanması və redaktəsi;
• Şirkətin rəqəmsal proqram təminatı layihələrinin (vebsayt, mobil tətbiq, CRM, Traceability və digər) planlaşdırılması və idarə olunması, “Product Owner” rolunda birbaşa iştirak.
Requirements :
Namizədə Tələblər:
• Ali təhsil və ya beynəlxalq sertifikat (Marketinq, Rəqəmsal Marketinq və ya əlaqədar sahə);
• 2-5 il (Rəqəmsal Marketinq üzrə) iş təcrübəsi;
• “HoReCa”, “FMCG”, “Luxury” Marketinq, ərzaq və qida sənayesində təcrübə üstünlükdür;
• Mükəmməl şifahi və yazılı kommunikasiya bacarıqları, təşkilati və vaxtın idarə edilməsi bacarıqları, SEO, SEM, sosial media və e-poçt marketinqi üzrə təcrübə, rəqəmsal kampaniyaların planlaşdırılması və optimizasiyası, detallara diqqətli, yaradıcı, proaktiv və komandada işləmək bacarığı;
• Google Analytics, Search Console və digər rəqəmsal alətlərdən istifadə, sosial media və məzmun idarəsi, veb sayt və SEO texniki optimizasiyası, A/B testləri və kampaniya performansının təhlili, və proqramlaşdırma layihələrin koordinasiya edilməsi;
• Digital Marketing, SEO/SEM və sosial media sahəsində sertifikatlar üstünlükdür;
• Azərbaycan, Rus və İngilis dili mükəmməl bilməli.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
• İş yeri: Bakı şəhəri
• Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.