Job Description
İş Daşkəsəndədi
Responsibilities :
• SƏTƏMM üzrə şöbə rəhbərinə gündəlik fəaliyyətlərdə dəstək olmaq.
• Əməliyyatlar zamanı və şirkətin ümumi fəaliyyətində peşəkar sağlamlıq və əməyin təhlükəsizliyiyi qaydalarına riayyət olunmasının təmin edilməsində şöbə rəhbəri ilə yaxın əməkdaşlıq etmək.
• Sıfır qəza nəticəsinin təmini məqsədi ilə bağlı fəal və məsuliyyətlə təbliğat aparmaq və ərazilərdə əməyin təhlükəsizliyinə riayyət edilməsinə nəzarət etməkdə şöbə rəhbərinə dəstək olmaq.
• Subpodratçılar və şirkət işçilərinin fəaliyyətlərini, eləcə də bütün iş ərazilərini daima yoxlamaq və işlərin təhlükəsizliyinə nəzarət etməkdə şöbə rəhbərinə dəstək olmaq.
• Əməyin Təhlükəsizliyi qaydaları ilə tanışlıq, alətlər barədə danışıqlar, Peşəkar Sağlamlıq və Əməyin Təhlükəsizliyi barədə görüşlər, iş öncəsi, qəza/ hadisə sonrası, həftəlik və digər zəruri görüşləri aparmaq.
• Sağlamlıq və əməyin təhlükəsizliyi auditini aparmaq, müvafiq əməliyyatlara cəvabdeh olan menecerlər və subpodratçılar ilə birgə yoxlamalar aparıb şöbə rəhbərinə məlumatlar vermək.
• Sahə menecerləri və subpodratçılara Sağlamlıq və Əməyin Təhlükəsizliyi mövzusunda rəhbərlik və texniki dəstək təqdim etmək.
• Sağlamlıq və əməyin təhlükəsizliyi mövzusunda informasiya və qeydiyyata alınma sistemini təmin etməkdə şöbə rəhbərinə dəstək olmaq.
• Qəza/ hadisə araşdırma heyyətini idarə etmək və geniş araşdırma hesabatını şöbə rəhbərinə təqdim etmək.
Requirements :
• Ali təhsil
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
• Azərbaycan dili və İngilis dili sərbəst ünsiyyət bacarığı
• MS Office proqramları üzrə biliklər