Korporativ Satış üzrə Mütəxəssis (Karton Məhsulları)
Production Company
012-5961868
negotiable
Job Description
Ümumi müddəalar
1.1. Satış məsləhətçisi satış şöbəsinin əməkdaşıdır.
1.2. Satıcı direktorun əmri ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilir.
1.3. Birbaşa satış şöbəsinin rəhbərinə / kommersiya direktoruna tabedir.
1.4. Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, şirkətin nizamnaməsinə, daxili qaydalara və bu vəzifə təlimatına əsaslanır.
Responsibilities :
Vəzifənin məqsədi
2.1. Karton məhsullarının aktiv satışı və tanıdılması.
2.2. Yeni korporativ müştərilərin cəlb edilməsi.
2.3. Müştəri bazasının genişləndirilməsi və qorunması.
2.4. Bazar payının artırılmasına dəstək vermək.
Vəzifə öhdəlikləri
3.1. Karton məhsullarının müəssisələrə və fiziki şəxslərə satışı.
3.2. Potensial müştərilərə məhsul nümunələrinin təqdim olunması.
3.3. Şirkət və müəssisələrə gedərək məhsul təqdimatı və danışıqların aparılması.
3.4. Kommersiya təkliflərinin hazırlanması və göndərilməsi.
3.5. Müştərilərlə danışıqların aparılması, məhsul və şərtlər barədə məlumatın verilməsi.
3.6. Müştəri tələbləri və bazar vəziyyəti haqqında məlumatların toplanması və bazar araşdırmalarının aparılması.
3.7. Müştəri reyestrinin və satış məlumatlarının aparılması.
3.8. Satış planlarının yerinə yetirilməsində iştirak və KPI göstəricilərinə əməl edilməsi.
3.9. Gündəlik və ya həftəlik hesabatların hazırlanması.
3.10. Şirkətin xidmət standartlarına və etik qaydalarına riayət etmək.
Hüquqları
4.1. Müştərilərlə danışıqlarda şirkəti təmsil etmək.
4.2. Vəzifə öhdəliklərini yerinə yetirmək üçün lazım olan məlumatları rəhbərlikdən almaq.
4.3. Satışın artırılması və xidmətin yaxşılaşdırılması üçün təkliflər vermək.
4.4. Marketinq materiallarını, nümunələri və digər satış vasitələrini tələb etmək.
Məsuliyyət
5.1. Öz vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə və ya keyfiyyətsiz yerinə yetirilməsinə görə.
5.2. Kommersiya sirrinin qorunmamasına görə.
5.3. Şirkətə dəymiş ziyana görə.
5.4. Əmək intizamının pozulmasına görə.
Requirements :
Tələblər
6.1. Orta ixtisas və ya ali təhsil.
6.2. Aktiv satış təcrübəsi 2-3 il (xüsusilə B2B sahəsində arzuolunandır).
6.3. Dəqiq və aydın danışıq bacarığı.
6.4. Danışıqlar aparmaq və təqdimat bacarığı.
6.5. Kompüter bilikləri (Excel, Word, CRM).
6.6. Aktivlik, məsuliyyətlilik, ünsiyyət qurmaq bacarığı.
İş şəraiti
7.1. İş qrafiki: 5/2 və ya razılaşdırılmış rejim.
7.2. Ödəniş sistemi: sabit maaş + satışdan bonus.
7.3. Ezamiyyətlər və səyyar satış fəaliyyətləri ola bilər.
7.4. Lazımi təqdimat materialları və nümunələr şirkət tərəfindən təmin edilir.
