Job Description
Planlama üzrə menecer şirkətin bütün layihələrində planlaşdırma və cədvəlləşdirmə prosesinə rəhbərlik edir, layihə qrafiklərinin real, koordinasiyalı və nəzarət altında olmasını təmin edir. Məqsəd layihələrin vaxtında, büdcəyə uyğun və tələb olunan keyfiyyətdə icrasına dəstək verməkdir.
Responsibilities :
Vəzifə öhdəlikləri:
1. Layihə planlaşdırılması və cədvəlləşdirmə
• Layihənin əsas (baseline) və iş qrafiklərinin hazırlanması və idarə edilməsi (Primavera P6 və ya MS Project).
• Müqavilə öhdəliklərinə uyğun qrafiklərin formalaşdırılması.
• Kritik yolun, mərhələlərin, ardıcıllığın və əsas təslim nöqtələrinin müəyyən edilməsi.
2. Layihənin irəliləyişinə nəzarət və hesabatlılıq
• Faktiki icra ilə əsas qrafik arasında müqayisə və təhlil.
• Həftəlik və aylıq irəliləyiş hesabatlarının, dashboard və proqnozların hazırlanması.
• Gecikmə riskləri, resurs çatışmazlıqları və potensial problemlər barədə erkən xəbərdarlıqların verilməsi.
3. Koordinasiya və kommunikasiya
• Mühəndislik, Təchizat, Tikinti və Kommersiya şöbələri ilə koordinasiyanın təmin edilməsi.
• Planlaşdırma üzrə iclaslara rəhbərlik və Layihə menecerinə qərarvermədə dəstək.
• Subpodratçıların qrafiklərinin qəbul olunması və təqib olunması.
4. İddialar və Müddət Uzadılması (EoT)
• Gecikmə təhlillərinin, EoT müraciətlərinin və təsir qiymətləndirmələrinin hazırlanmasında iştirak.
• Qrafik dəyişikliklərinin və layihə üzrə pozuntuların düzgün sənədləşdirilməsi.
5. Resurs və büdcə inteqrasiyası
• İnsan resursu, texnika və material ehtiyaclarının qrafiklə uzlaşdırılması (resource loading & leveling).
• Qrafikin xərc planı ilə inteqrasiyası (cash flow, S-curve, məhsuldarlıq hədəfləri).
6. Proseslərin təkmilləşdirilməsi
• Planlaşdırma prosedurlarının və alətlərinin hazırlanması, standartlaşdırılması və təkmilləşdirilməsi.
• Planlaşdırma dəqiqliyinin və səmərəliliyinin artırılması istiqamətində davamlı inkişaf təşəbbüsləri.
Requirements :
Tələblər:
• Ali təhsil (İnşaat sahəsində);
• Müvafiq sahədə minimum 5 il, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə;
• Primavera P6, MS Project və digər planlaşdırma proqramlarında yüksək səviyyəli bilik.
• Güclü analitik və riyazi düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
• Layihə planlaşdırılması, resursların idarə edilməsi və icra proseslərinin koordinasiyası üzrə dərin nəzəri və praktiki biliklər;
• Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı;
• Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
• İş cədvəli: Bazar ertəsi – Cümə günü
• İş vaxtı: 09:00-18:00
• Könüllü tibbi sığorta
