Job Description
Responsibilities :
Vəzifə öhdəlikləri:
•Şirkətin biznes məqsədlərindən irəli gələrək marketinq strategiyasını hazırlamaq və həyata keçirmək.
•Brendin düzgün mövqeləndirilməsini formalaşdırmaq, hədəf auditoriyanı və rəqib mühitini dərindən anlamaq.
B2C seqmentində kompleks marketinq kampaniyalarını planlaşdırmaq və işə salmaq: digital + oflayn.
•Performance alətləri ilə işləmək: hədəflənmiş reklam, kontekst reklamı, SEO, lead-generasiya.
•Brend və PR fəaliyyətlərini inkişaf etdirmək: SMM, kontent, kollaborasiyalar, tərəfdaşlıqlar, PR aktivlikləri.
•Marketinq komandasını idarə etmək: tapşırıqların verilməsi, icranın nəzarəti, əməkdaşların inkişafı.
•Marketinq büdcəsini planlaşdırmaq və idarə etmək, investisiyaların effektivliyini qiymətləndirmək.
•Analitik sistemlər vasitəsilə kampaniyaların nəticələrini təhlil etmək və məlumatlara əsaslanaraq göstəriciləri yaxşılaşdırmaq.
Requirements :
Tələblər:
•B2C seqmentində azı 3 il praktiki marketinq təcrübəsi.
•Digital və oflayn alətlərlə iş təcrübəsi, o cümlədən performance-marketinq, brendinq və PR.
•Əhatə, lead, konversiya və satış kimi əsas göstəricilərin artımını təsdiqləyən uğurlu case-lər.
•Kompleks kampaniyaların işə salınması, SMM, hədəflənmiş reklam və kontentlə iş təcrübəsi.
•Biznes məqsədlərinə əsaslanan marketinq strategiyalarının hazırlanması və tətbiqi bacarığı.
•Mövqeləndirmə, hədəf auditoriya portreti və rəqib mühiti haqqında dərin anlayış.
•Açar digital alətlərlə işləmə bacarığı: Meta Ads, Google Ads, SEO, email-marketinq, eləcə də analitika sistemləri (Google Analytics, Hotjar və s.).
•Kreativ yanaşma ilə sistemli düşüncənin kombinasiyası: ideyadan tutmuş KPI, vaxt və büdcə ilə dəqiq proseslərin qurulmasına qədər.
•Komanda idarəetmə təcrübəsi: tapşırıqların bölgüsü, icraya nəzarət, əməkdaşların inkişafı.
•Marketinq büdcələrinin planlaşdırılması, bölgüsü və nəzarəti üzrə bacarıqlar; investisiya effektivliyinin qiymətləndirilməsi.
•Rus və Azərbaycan dillərində sərbəst danışıq.
Biz nə təklif edirik:
•Sabit əməkhaqqı (müsahibə və təcrübə əsasında müəyyən olunur)
•İş qrafiki: 10:00 – 19:00
•Peşəkar və ambisiyalı komanda ilə rahat iş mühiti
•Baş Ofis tərəfindən dəstək
•Karyera artımı və inkişaf imkanları
Namizəddən gözləntilərimiz:
•Biz yalnız icraçı deyil, biznesin inkişafında aktiv rol alan komanda üzvü — aşağıdakı xüsusiyyətlərə malik mütəxəssis axtarırıq:
•strateji düşünmə və marketinqə sistemli yanaşma;
•nəticəyə yönümlülük və rəqəmlərə qarşı məsuliyyət;
•marketinq sistemini qurmaq, komandaya rəhbərlik etmək və KPI göstəricilərini yerinə yetirmək bacarığı.
