Job Description
Responsibilities :
- İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və illik təlim planının hazırlanması prosesində dəstək və bundan irəli gələn işlərin və sənədlərin icrası;
- İllik təlim planına əsasən il boyu təlimlərin araşdırılması və uyğun təlimlərin təşkili; təlim müqavilələrin tərtib edilməsi, elektron sistemdə qeydiyyatının edilməsi və icrasının həyata keçirilməsi, həmçinin daxili təlimlərin təşkili və tədris edilməsi;
- Təlimlərin təşkili zamanı müvafiq qaydada işçilərin öhdəlik müqavilələrin icrasını təmin etmək
- Təşkil edilən təlimlərə dair illik təlim planı cədvəlini və təlim hesabatlarını vaxtında doldurulması; ERP-də Training modulunda müvafiq məlumatların yenilənməsi və işçilər tərəfindən əlavə edilməsinə zərurəti olan məlumatların əlavə edilməsinə nəzarət
- Yeni işçilərin Orientasiya proqramı çərçivəsində zəruri təlimlərin təşkili, keçirilməsi və işçilərin iştirakını təmin edilməsi, proqramın davamlı yenilənməsi və müvafiq dəstəkedici sənədlərin tərtibi və yenilənməsi
- ERP / Təlim modullarında üzrə irəli gələn işlərin icrası. Təlim materialların hazırlanması və yüklənməsi, statistik məlumatların əlavə edilməsi və izlənilməsi, işçilər tərəfindən istifadəsinə nəzarət və davamlı maarifləndirmə üsullarını tətbiq etmək.
- İşçilərin Fərdi inkişaf planı proqramının icrasın təmin edilməsi, proqresin izlənməsi və iştirakçılar/mentor/rəhbərlər ilə kommunikasiyanın qurulması, işçilərin hədəflərindən irəli gələn təlim ehtiyaclarının təmin edilməsi
- Library modulunda kitabxana bazasının davamlı artırılması və genişləndirməsi üçün ödənişli və ödənişsiz imkanların araşdırılması və təmin edilməsi
- Kitabxana Fondunun işlərinin aparılmasına nəzarət və ildə bir dəfədən az olmayaraq Kitabxana Fondunun inventarizasiyasını təşkil etmək;
- Kitabxana Fonduna dair məlumatların elektronlaşmasını həyata keçirməyi və düzgün icrası;İşçilərin inkişafı üçün mövcud proqramların icrasını təmin etmək və işçi inkişafına yönələn yeni layihələrdə iştirak etmək;
- Departamentin yeni işçiləri üçün orientasiya və adaptasiya proqramlarının və müvafiq təlimlərin həyata keçirilməsi, əlaqəli bazaların doldurulması və sənədləşmənin aparılması;
- Təlim prosedurundan irəli gələn bütün bazaların dolduruması və müvafiq sənədlərin qovluqlara tikilməsi (qiymət təkliflərinin alınması və müvafiq qovluğa yerləşdirilməsi; təchizatçının öncəki qiymətləndirməsi cədvəlinin doldurulması; müqavilənin tərtibi və CM-a yüklənilməsi və icrasının izlənilməsi; online təlimlərin ödənişi və invoysların müvafiq qovluğa yerləşdirilməsi, təlimin keçirilməsinə dair müvafiq məlumatların əməkdaşa kommunikasiya edilməsi; təlim ödənişin həyata keçirilməsi üçün müvafiq sənədlərin hazırlanması və bazalara/qovluqlara yüklənilməsi, təlimdən sonra əməkdaşa və rəhbərinə müvafiq olaraq qiymətləndirmə formaların göndərilməsi və geri alınmasına nəzarətin edilməsi; sertifikatların elektron qeydiyyatı və şəxsi işlərə tikilməsi və digər irəli gələn və gələ biləcək prosesilərin icrası);
- Təlimçilər, Buddy, mentorlar üçün müvafiq görüş və tədbirlərin təşkili, müvafiq motivasiya mexanizmlərin tətbiqi və davamlı təkmilləşdirməsi.
- Daxili kommunikasiya üsullardan istifadə edərək, Təlim və inkişaf fəaliyyətlərinin işçilərə davamlı maarifləndirməsini təmin etmək
- Yeni öyrənmə metodlarını araşdırmaq və daxili inkişaf imkanlarını müəyyən etmək (işçilərin rəyləri və ya performansı əsasında)
- Korporativ tədbirlərin təşkil etməsində, tədbirlərlə əlaqədar hədiyyələrin alınmasında iştirak;
- Departament və bölmə illik hədəflərdən irəli gələn hədəflərin icrası üçün müvafiq təşəbbüs və tapşırıqların icrası;
- Departamentin və bölmənin fəaliyyəti ilə bağlı departament direktorunun və bölmə rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Requirements :
Təhsil Ali, humanitar və ya maliyyə sahəsində ən azı bakalavr dərəcəsi
İş təcrübəsi Müvafiq sahədə azı 5 il
Dil bilikləri - Azərbaycan dili mükəmməl
- İngilis dili: ən azı B2 səviyyəsi (upper-intermediate və daha yüksək)
Kompüter bilikləri - MS Office (yaxşı səviyyədə)
- Mövcud olan avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı;
Biliklər - İnkişaf proqramlarının layihələndirilməsi
- Təlim və inkişaf tələbatlarının analizi və diaqnostikası
- Öyrənmənin effektivliyinin qiymətləndirilməsi metodologiyası
- Motivasiyası sistemi və üsullarını;
Bacarıqlar - Təlim keçmə və təqdimat etmə bacarığı
- Təlimçinin və təlimin uyğunluğunun qiymətləndirilməsi bacarığı
- Kollektivdə çalışmaq
- Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
- Özünü və digərlərini motivasiya etmək
- İşə yanaşmada və işçilər ilə ünsiyyətdə müsbət düşüncə
- Müştəri yönümlü düşüncə tərzi
- Kritik yanaşmanın tətbiqi
Eyni zamanda müxtəlif işlər üzərində işləyərkən prioritetlərin düzgün qoyulması
Arzu olunan bilik və bacarıqlar Rus dili üstünlükdür. Təlim və inkişaf sahəsində beynəlxalq sertifikasiyanın olması üstünlükdür
