Job Description
Responsibilities :
Əsas öhdəliklər:
- Risklərin idarəetməsi siyasətinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqi;
- Strateji və əməliyyat hədəflərinə əhəmiyyətli təsir göstərən risk növləri üzrə xüsusi siyasətlərin hazırlanması, yenilənməsi və tətbiqi;
- Risklərin idarə edilməsi, strategiya, risk iştahası, risk limitləri üzrə sənədlərin hazırlanması, yenilənməsi, tətbiqi və monitorinqi;
- Risk və fürsətlərin idarəedilməsi üzrə prosedurların hazırlanması, yenilənməsi, tətbiqi və icrası;
- Agentliyin üzləşdiyi və ya üzləşə biləcəyi risklərin müəyyən edilməsi, bu risklərin təsirinin və ehtimallığının qiymətləndirilməsi, tədbirlərin icrasının izlənilməsi;
- Əsas risk və nəzarət göstəricilərinin müəyyən edilməsi;
- Risk taksonomiyası və risk reyestirinin hazırlanması və yenilənməsinə nəzarət;
- Risk mədəniyyəti üzrə özünü qiymətləndirmə prosesinin təşkili;
- Biznesin davamlılığının idarəedilməsi prosesinin tətbiqi və idarəedilməsi;
- Ssenari analizlərinin və stress testlərin aparılmasının monitorinqi;
- Risklərlə bağlı rəhbərliyə məsləhət və tövsiyələrin verilməsi;
- Risklərin idarə edilməsi prosedurları və siyasətləri ilə bağlı müvafiq işçilərin təlimatlandırılması və biliklərinin artırılması;
- Biznesin davamlılığı menecmenti sistemi ilə bağlı maarifləndirmələrin keçirilməsi;
- İnsident və risklərin idarəedilməsi ilə bağlı daxil olan sorğuların vaxtında və operativ şəkildə icrası və ya izlənməsi;
- İnsidentlər və risklər üzrə hesabatların hazırlanması və rəhbərliyə və üst quruma təqdim edilməsi;
- Müvafiq prosedur tələblərinə əsasən Risk komitəsi iclaslarının təşkili;
- Rəhbərliyin bu sahə üzrə müvafiq tapşırıqlarının icrası;
Requirements :
Namizədə olan tələblər:
Təhsil:
İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat, statistika və oxşar sahələr üzrə bakalavr təhsili;
İş təcrübəsi:
Risklərin idarə olunması, audit və oxşar sahə üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri:
Azərbaycan dili mükəmməl, İngilis dili yüksək səviyyədə
Kompüter bilikləri:
Peşəkar səviyyədə "MS Office" proqramlarından istifadə bacarığı
Böyük məlumatların təhlili bacarığı
Mövcud avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı
Biliklər:
riyazi-statistik metodlar üzrə biliklər
risklərin idarəedilməsi haqqında beynəlxalq standart və təlimatlar üzrə ətraflı biliklər;
Tətbiq edilən milli qanunvericilik, o cümlədən ISO və digər beynəlxalq standartlar, xüsusən audit üzrə;
Biznes proseslərin aparılması üzrə biliklər
Risklərin idarəedilməsi üzrə beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır.
Bacarıqlar:
Analitik və məntiqi düşüncə
Əlaqələndirmə bacarıqları: Müxtəlif səviyyədə işçilərlə və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı.
Potensial riskləri müəyyən edərək onların həll yollarını tapmaq bacarığı
Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
