Top.Mail.Ru
Tanıtım məhsullarının brendinqi üzrə mütəxəssis Telecom
012 -5961868
1500-2000 AZN
23.04.2026

Job Description

Şirkətin marketinq və brend tələblərinə uyğun olaraq bütün çap (print) və tanıtım (prmo) məhsulların planlaşdırılması, sifarişi, istehsalının təminatı və çatdırılmasının effektiv şəkildə koordinasiyasını təmin etmək.

Responsibilities :

Əsas vəzifə və öhdəliklər

Print və tanıtım məhsullarla bağlı təşkilatın ehtiyacların müəyyənləşdirilməsi
Kataloq, flayer, broşür, poster, banner, stiker və digər çap məhsullarının hazırlanmasının koordinasiyası
Şirkətdaxili təchizat və satılnama komandası ilə düzgün iş prosesinin aparılması 
Tanıtım məhsulların (qələm, bloknot, hədiyyəlik setlər və s.) seçimi və sifarişi
Dizayn komandası və ya agentliklərlə koordinasiya (briflərin verilməsi, təsdiqlər)
İstehsal prosesinə nəzarət və keyfiyyətin yoxlanılması
Sifarişlərin vaxtında təhvil verilməsinin təmin edilməsi
Anbar qalığına və promo məhsulların paylanmasına nəzarət
Büdcəyə nəzarət və xərclərin optimallaşdırılması
Marketinq kampaniyaları və tədbirlər üçün materialların vaxtında hazırlanması
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Requirements :

Tələb olunan bilik və bacarıqlar
Print və promo məhsullar üzrə iş prinsipləri haqqında bilik
Təchizatçı və podratçılarla işləmək bacarığı
Planlama və vaxtın effektiv idarə edilməsi
Detallara diqqət və keyfiyyətə nəzarət bacarığı
Yaxşı ünsiyyət və koordinasiya bacarıqları
MS Office proqramları ilə işləmə bacarığı
Dizayn və çap terminologiyasını anlamaq üstünlükdür

Vakansiyaya olan tələblər

Marketinq, menecment və ya əlaqəli sahə üzrə ali təhsil (üstünlükdür)
Print/promo sahəsi üzrə minimum azı 2 il iş təcrübəsi
Azərbaycan dili yüksək, ingilis dili sərbəst danışıq və yazı səviyyəsində, rus dili üstünlükdür 
Yazılı və şifahi ünisyyət bacarığı
Strukturlu və sistemli düşüncə tərzi
Məsuliyyətli və təşəbbüskar
Komanda ilə işləmə bacarığı
Operativ və nəticəyönümlü


İş günləri: Bazar ertəsi-Cümə
Əmək haqqı: 1500-2000 AZN