Top.Mail.Ru
Baş Mühasib Production Company
012 -5961868
3000 - 3500 AZN
29.04.2026

Job Description

Responsibilities :

Vəzifə öhdəlikləri:
Mühasibat hesabatının  düzgün və səmərəli təşkili;
Mühasibat sənədlərinin tərtibinə və arxivləşdirilməsinə nəzarət;
Odoo ERP proqramında maliyyə və mühasibat uçotu əməliyyatlarının aparılması üzrə təlim verildikdən sonra işlənilməsi:
Müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq hesablanmasını təşkil etmək;
Əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsal xərclərinin və satışın hesabatı;
Vergi, Statistika və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanması;
Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə idarə olunması;
İstehsal məhsullarının maya dəyərinin dəqiq hesablanması:
Bank və kassa əməliyyatlarının düzgün aparılması;
Aylıq xərclər smetasının hazırlanması və xərclərin nəzarətdə saxlanılması;
Maliyyə intizamının və vəsaitlərin düzgün istifadəsinin təmin olunması;
Maliyyə hesabatlarının müdriyyətə təqdim olunması
Mal - materialların uçotunu aparmaq;
Gündəlik və aylıq hesabatları tərtib etmək ;

Requirements :

Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və s.);
Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi;
PMS KOS (1 və 2-ci mərhələ) sertifikatı;
MS Office, ERP və 1C proqramlarını yüksək səviyyədə bilmək;
İqtisadiyyat, istehsalat və idarəetmə üzrə biliklər;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, ingilis və rus dilləri arzuolunandır.

Şəxsi keyfiyyətlər:
Analitik düşüncə və problemləri həll etmə bacarığı;
Dəqiqlik və detallara diqqət;
Komandada işləmək və idarəetmə bacarığı;
Stressə davamlılıq və operativ qərarvermə qabiliyyəti;
Məsuliyyət, dürüstlük və etibarlılıq.