Top.Mail.Ru
Marketinq üzrə mütəxəssis Production Company
012-5961868
negotiable
03.05.2026

Job Description

Responsibilities :

Vəzifə öhdəlikləri
Sosial media, reklam kampaniyaları, təqdimatlar, e-mail və veb-sayt üçün brend tonuna uyğun yaradıcı məzmun və konseptlər hazırlamaq;
Rəqəmsal kanallar üçün “storytelling” əsaslı kampaniya ideyaları və konseptlər irəli sürmək;
Brendin illik və rüblük kommunikasiya xəttinə uyğun paylaşım təqviminin hazırlanmasında iştirak etmək.
Kreativ, media və PR agentlikləri ilə kampaniya ideyalarının hazırlanması, “brief”lərin ötürülməsi və icra keyfiyyətinə nəzarət proseslərini koordinasiya etmək;
Agentlik tərəfindən təqdim edilən ssenarilər, sloqanlar, sosial media postları, video konseptlər və reklam mətnlərini nəzərdən keçirmək, brend tonuna və kommunikasiya strategiyasına uyğunluğunu təmin etmək;
Hər kampaniya üçün məzmun istiqamətində fikir və istiqamət təklifləri vermək.
Veb-sayt, bloq və məhsul səhifələri üçün SEO-optimallaşdırılmış məzmunlar yazmaq və yeniləmək;
“Keyword” araşdırması aparmaq və nəticələr əsasında məzmun strategiyası formalaşdırmaq;
Mövcud məzmunların oxunurluq, geri dönüşüm, CTR və s. Kimi göstəricilərini izləmək və təkmilləşdirmək.
Rəqəmsal marketinq trendləri, məzmun formatları, SEO və AI dəstəkli yazı alətlərini izləmək və tətbiq etmək;
Rəqiblərin məzmun strategiyalarını analiz etmək və fərqli yanaşmaları təklif etmək;
Aylıq və rüblük məzmun nəticələrini təhlil etmək və müvafiq hesabatlar hazırlamaq.

Requirements :

Vəzifə üzrə tələblər:
Ali təhsil: Marketinq, kommunikasiya, filologiya sahələrində ;
Yaş həddi: 23-40 yaş
Tələb olunan iş təcrübəsi: Marketinq və kommunikasiya sahəsində minimum 3 il;
Dil bacarıqları: Azərbaycan dili (ana dili), ingilis dili (üstünlükdür)
Rəqəmsal marketinq alətləri və reklam platformaları ilə işləmə bacarığı
Kreativlik və təşəbbüskarlıq
 
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı
Karyera və peşəkar inkişaf imkanları
Təlim və sertifikasiya dəstəyi
Stabil və peşəkar iş mühiti