Job Description
Vəzifənin məqsədi
Mağazanın gündəlik fəaliyyətinin effektiv idarə olunması, satış göstəricilərinin artırılması, komandanın koordinasiyası və yüksək səviyyədə müştəri xidmətinin təmin edilməsi.
Responsibilities :
Əsas vəzifələr
Mağazanın gündəlik əməliyyat fəaliyyətinə rəhbərlik etmək
Satış planlarının icrasını təmin etmək və nəticələri analiz etmək
İşçi heyətinin idarə olunması, motivasiyası və inkişafını təşkil etmək
İş qrafiklərinin hazırlanması və əmək intizamına nəzarət etmək
Müştəri məmnuniyyətini təmin etmək və şikayətləri operativ həll etmək
Məhsul ehtiyatlarına və inventar proseslərinə nəzarət etmək
Vizual merchandising və mağaza standartlarının qorunmasını təmin etmək
KPI və digər performans göstəricilərini izləmək
Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək
Şirkət daxili prosedur və qaydalara əməl olunmasını təmin etmək
Təchizat və logistika prosesləri ilə koordinasiyalı işləmək
Satış komandasının təlim və adaptasiya proseslərini idarə etmək
Requirements :
Namizədə tələblər
Təhsil və təcrübə
Ali təhsil üstünlükdür
Pərakəndə satış və ya mağaza idarəçiliyi sahəsində minimum 3-5 il iş təcrübəsi
İdarəetmə və komanda rəhbərliyi üzrə təcrübə mütləqdir
Peşəkar bacarıqlar
Güclü liderlik və idarəetmə bacarıqları
Satış və nəticə yönümlü düşüncə tərzi
Analitik düşünmə və problem həll etmə bacarığı
Komanda ilə effektiv işləmək və motivasiya yaratmaq bacarığı
Müştəri yönümlü yanaşma
Planlama və təşkilatçılıq bacarıqları
Stress altında işləmək və operativ qərar vermək bacarığı
MS Office proqramlarında işləmək bacarığı
Hesabat hazırlamaq və göstəriciləri analiz etmək bacarığı
Şəxsi keyfiyyətlər
Məsuliyyətli və intizamlı olmaq
Yüksək kommunikasiya bacarıqları
Təşəbbüskar və nəticəyönümlü olmaq
Dəyişikliklərə çevik uyğunlaşmaq
Liderlik və nüfuz yaratmaq bacarığı
