Job Description
Responsibilities :
Əsas vəzifələr
Təşkilatın Layihə İdarəedilməsi Ofisinin fəaliyyət istiqamətləri üzrə müəyyən olunmuş vəzifələrin icrasında iştirak etmək.
Təşkilatın layihə portfeli üzrə planlama, qrafik idarəetməsi, monitorinq və hesabatlılıq proseslərinin qurulması, aparılması və təkmilləşdirilməsi
Layihələrin vaxtında, resurslara uyğun və idarəolunan şəkildə icra olunmasına dəstək, rəhbərliyə qərarvermə üçün düzgün, vaxtında və analitik məlumat təqdim edilməsi
Təşkilatın layihələri üzrə master qrafik və detallı iş qrafiklərinin WBS prinsiplərinə uyğun hazırlanması, layihə mərhələləri, əsas deliverable-lar, milestone-lar, asılılıqlar və kritik yolun müəyyən edilməsi;
Primavera P6, MS Project və ya oxşar planlama alətlərində baseline, current schedule, forecast və həftəlik/aylıq schedule update proseslərinin idarə olunması.
Layihələrin plan/fakt icra vəziyyətinin, progress göstəricilərinin, milestone statuslarının, kritik fəaliyyətlərin, schedule variance, SPI və digər KPI-lar əsasında analitik təhlilin aparması, vizual dashboard-lar, trend analizləri və rəhbərlik hesabatları üçün məlumatlar hazırlaması.
Gecikmə risklərinin erkən müəyyən edilməsi, səbəb və təsirlərinin təhlili, recovery action-ların və look-ahead schedule-ların hazırlanmasına dəstək göstərilməsi, həmçinin dashboard və rəhbərlik hesabatları üçün analitik planlama məlumatlarının təmin edilməsi.
Həftəlik, aylıq və rüblük layihə hesabatları üçün schedule, progress, risk, problemli məsələlər və əsas icra göstəriciləri üzrə məlumatların hazırlanması və status hesabatlarında düzgün əks etdirilməsi.
Layihə komandalarından daxil olan məlumatların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi, düzəlişlərin koordinasiyası və PMO metodologiyası, prosedurları, template-ləri və reporting formatlarına uyğun hesabatlılıq intizamının təmin edilməsi
Təşkilatın daxili struktur bölmələri, layihə rəhbərləri, texniki komandalarla planlama, qrafik, gecikmə, resurs və prioritetləşdirmə məsələləri üzrə koordinasiyanın aparılması və metodoloji dəstəyin göstərilməsi.
Layihə İdarəedilməsi Ofisi fəaliyyəti ilə bağlı tələb olunan hesabatların (həftəlik, aylıq, illik) hazırlanıb ofis rəhbərinə təqdim edilməsi
Layihə idarəedilməsi metodologiyasının təşkilat daxilində inkişaf etdirilməsi üçün tövsiyyələrin verilməsi
Requirements :
Tələblər
- Layihə İdarəedilməsi, Mühədislik, İqtisadiyyat, Menecment, Biznesin İdarəedilməsi, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi
- Layihə planlaması və nəzarəti və ya PMO sahəsində minimum 3 il iş təcrübəsi
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı
- Layihə idarəetməsi, PMO prosesləri, planlama və layihə nəzarəti prinsipləri üzrə biliklər;
- WBS, baseline, critical path, float, dependency, milestone, forecast və plan/fakt analizləri üzrə praktiki biliklər;
- Master Schedule, proqram səviyyəsində planlama, layihələrarası asılılıqların izlənməsi və prioritetləşdirmə yanaşmaları üzrə biliklər;
- Primavera P6, MS Project və ya oxşar planlama alətləri ilə iş bilikləri;
- Müxtəlif komandalarla işləmə bacarığı
- Nəzarət, təşkilatçılıq və liderlik bacarığı
- MS Office və data analitik alətlər, Power BI üzrə biliklər
- Azərbaycan və İngilis dillərində sərbəst (fluent) yazılı və şifahi ünsiyyət bacarığı
