Top.Mail.Ru
Strategiya üzrə analitik Telecom
012 -5961868
negotiable
13.06.2026

Job Description

Vəzifənin məqsədi
Təşkikatın strateji planlaşdırma, böyümə və innovasiya fəaliyyətlərini dəstəkləmək, bazar və analitik əsaslı qərarvermə proseslərinə töhfə vermək və inkişaf təşəbbüslərini koordinasiya etmək.

Responsibilities :

Əsas vəzifələr
- Strateji planların hazırlanması və icrasının koordinasiyası
- Təşkilatın uzunmüddətli strateji baxışının formalaşdırılmasında iştirak və strateji məqsədlərin müəyyənləşdirilməsini koordinasiya etmək
- Strateji təfəkkürün gücləndirilməsi üçün tədbirlər planlarının hazırlanması və icrasına dəstək
- Strategiyanın icra statusu üzrə aylıq və illik hesabatların hazırlanması və təkmilləşdirmə tədbirlərinin müəyyən edilməsi
- Strateji qərarverməni dəstəkləyən analitik sənədlərin, rüblük bazar təhlili hesabatlarının və dashboardların hazırlanması
- Qlobal və yerli Telekom sənaye üzrə bazar trendləri, rəqabət, investisiya axınları və texnoloji inkişafların izlənməsi və təhlili
- Strategiyanın icrası ilə bağlı daxili məlumatlılığın artırılması üçün təlim və seminarların təşkili
- İnnovasiya layihələrinin formalaşdırılması və tətbiqinə dəstək
- Yeni biznes və korporativ inkişaf imkanlarının təhlili
- Strateji risklərin müəyyən edilməsi və həll təkliflərinin hazırlanması
- Rəhbərliyə və səhmdar üçün strateji hesabatların və təqdimatların hazırlanması

Requirements :

Tələblər
- Strateji idarəetmə, biznes analitikası, korporativ idarəeetmə və ya innovasiya sahəsində minimum 5 il iş təcrübəsi; telekommunikasiya, texnologiya (tech) və ya telekom sənaye üzrə təcrübə üstünlük hesab olunur.
-Strateji və maliyyə təhlili, biznes planların hazırlanması və investisiya layihələrinin qiymətləndirilməsi sahəsində biliklər.
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı
- Liderlik, komanda idarəetməsi və əməkdaşlıq bacarıqları
- Layihə idarəetməsi və koordinasiya bacarığı
- Güclü təqdimat və kommunikasiya bacarıqları
- MS Office və data analitik alətlər, Power BI  üzrə biliklər
 - Azərbaycan və İngilis dillərində sərbəst (fluent) yazılı və şifahi ünsiyyət bacarığı