Job Description
Responsibilities :
Vəzifə haqqında ümumi məlumat:
• BOQ və Texniki Satınalma Mütəxəssisi layihə çərçivəsində podratçı və subpodratçılar arasında razılaşdırılmış iş, xidmət və materialların BOQ-lar, qiymət razılaşmaları, müqavilə sənədləri və digər kommersiya-texniki sənədlər əsasında təhlilini həyata keçirir.
• Vəzifənin əsas məqsədi təqdim olunmuş qiymətlərin bazar şərtlərinə, layihə büdcəsinə, texniki tələblərə və razılaşdırılmış iş həcmlərinə uyğunluğunu yoxlamaq, qiymətlərin əsaslılığını qiymətləndirmək və mümkün qiymət uyğunsuzluqlarını müəyyən etməkdir.
Vəzifə öhdəlikləri:
• BOQ-lar, qiymət razılaşmaları, müqavilə sənədləri və digər kommersiya-texniki sənədləri təhlil etmək;
• Podratçı və subpodratçılar arasında razılaşdırılmış iş, xidmət və materialların sənədlərdə düzgün əks olunmasını yoxlamaq;
• BOQ maddələri üzrə iş həcmlərini, vahid qiymətləri və ümumi məbləğləri audit etmək;
• Təqdim olunmuş qiymətlərin bazar qiymətləri və analoji layihələr üzrə göstəricilərlə müqayisəli təhlilini aparmaq;
• Tikinti materialları, xidmətlər və iş növləri üzrə mütəmadi bazar araşdırması həyata keçirmək;
• Qiymətlərin layihə büdcəsinə, texniki tələblərə və təsdiqlənmiş kommersiya şərtlərinə uyğunluğunu yoxlamaq;
• BOQ-larda təkrar, uyğunsuz və ya kommersiya baxımından əsaslandırılması tələb olunan maddələri müəyyən etmək;
• Qiymətlərin optimallaşdırılması imkanlarını araşdırmaq və rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;
• Müqavilə və qiymət razılaşmalarında qeyd olunan iş həcmlərinin layihə ehtiyacları ilə uyğunluğunu təhlil etmək;
• Qiymət fərqləri, bazar qiymətlərindən kənarlaşmalar və potensial riskli maddələr üzrə hesabatlar hazırlamaq;
• Kommersiya, maliyyə və texniki komandalarla koordinasiyalı şəkildə işləmək;
• Aparılan təhlillər üzrə müqayisəli cədvəllər, analitik hesabatlar və rəy sənədləri hazırlamaq.
• İnşaat materiallarının texniki spesifikasiyalarını layihə sənədlərinə uyğun qiymətləndirmək bacarığı.
Requirements :
Tələblər:
• Ali təhsil — İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyəti sahələr üzrə;
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
• Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
• Layihə çertyojları və smeta sənədlərini oxumaq, təhlil etmək və satınalma prosesində tətbiq etmək bacarığı;
• Məsuliyyətli və detallara diqqətli olmalıdır;
• MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
• Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
• Pozitiv və dəstəkləyici iş mühiti;
• İş qrafiki: Bazar ertəsi – Cümə günü, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00–18:00;
• Könüllü tibbi sığorta;
• Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
