Top.Mail.Ru
BÜDCƏ VƏ HESABATLILIQ ÜZRƏ APARICI MÜTƏXƏSSİS Production Company
012 -5961868
2000-2200 AZN
07.08.2026

Job Description

Responsibilities :

Əsas vəzifə öhdəlikləri
Şirkətin illik, rüblük və aylıq büdcələrinin hazırlanmasında iştirak etmək və büdcə proseslərini koordinasiya etmək;
Büdcə icrasına nəzarət etmək, plan və fakt göstəriciləri arasında yaranan kənarlaşmaları təhlil etmək və səbəbləri üzrə rəhbərliyə hesabat təqdim etmək;
Aylıq, rüblük və illik idarəetmə hesabatlarının hazırlanmasını təmin etmək;
Maliyyə nəticələrinin, gəlirlərin, xərclərin, rentabelliyin və digər əsas göstəricilərin təhlilini aparmaq;
Pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, investisiya layihələri və əməliyyat fəaliyyətləri üzrə analitik hesabatlar hazırlamaq;
Maliyyə proqnozlaşdırılması və biznes planlaşdırılması proseslərində iştirak etmək;
Struktur bölmələrdən daxil olan məlumatların təhlilini aparmaq və konsolidasiya edilmiş hesabatlar hazırlamaq;
Rəhbərlik üçün təqdimatlar, analitik arayışlar və qərarverməni dəstəkləyən maliyyə modelləri hazırlamaq;
Hesabatlılıq və büdcə proseslərinin optimallaşdırılması üzrə təkliflər vermək.

Requirements :

Namizədə tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Büdcələşdirmə, maliyyə təhlili və idarəetmə hesabatlılığı sahəsində minimum 3-5 il iş təcrübəsi;
İdarəetmə uçotu və maliyyə planlaşdırılması üzrə güclü biliklər;
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə praktik təcrübə;
MS Excel proqramını yüksək səviyyədə bilməsi (Power Bİ);
1C ilə işləmək təcrübəsi;
Analitik düşünmə, məlumatların sistemləşdirilməsi və təqdim edilməsi bacarığı;
Yüksək məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük;


Təklif edirik
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Tam iş qrafiki (5 günlük iş həftəsi);
Peşəkar və dinamik iş mühiti;
Karyera inkişafı və peşəkar təlim imkanları;
Korpot nömrə və nahar yeməyi
Böyüməkdə olan şirkətdə strateji əhəmiyyətli layihələrdə iştirak imkanı;
Uzunmüddətli və stabil əməkdaşlıq perspektivi.