Job Description
Responsibilities :
• Satınalma fəaliyyətinin planlaşdırılması, təşkili və ümumi idarə edilməsini həyata keçirmək;
• Daxil olan satınalma tələblərini qiymətləndirmək, uyğun təklifləri formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin etmək;
• Yerli və xarici təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;
• Bazar araşdırmaları apararaq yeni təchizatçıların müəyyən edilməsi, alış şərtlərinin və xərclərin optimallaşdırılması istiqamətində təkliflər vermək;
• Təchizatçılarla qiymət, ödəniş, kredit və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
• Təsdiq edilmiş sifarişlərin icrasını izləmək və satınalma prosesinin fasiləsizliyini təmin etmək;
• Alınmış məhsul, material və xidmətlər üzrə məlumat bazasını formalaşdırmaq, yeniləmək və satınalma xərclərinə nəzarət etmək;
• Qiymət təkliflərinin toplanması və müqayisəsi prosesini təşkil etmək;
• Təchizatçılarla bağlanan müqavilələrin kommersiya şərtlərinin yoxlanılması və razılaşdırılmasında iştirak etmək;
• Daxili prosedur və qaydalara uyğun sənədləşmə işlərini təmin etmək;
• Satınalma prosesinin icrası barədə rəhbərliyə və aidiyyəti şəxslərə mütəmadi hesabat təqdim etmək;
• Zərurət yarandıqda logistika, daşınma və gömrük əməliyyatlarının koordinasiyasında iştirak etmək.
Requirements :
- İnşaat,
iqtisadiyyat, menecment və ya oxşar ixtisas üzrə ali təhsil;
- İnşaat
sahəsində satınalma üzrə ən azı 5 il iş təcrübəsi, o cümlədən minimum 2 il
rəhbər vəzifədə fəaliyyət;
- Satınalma
prosedurları və təchizat bazarı barədə biliklər;
- Güclü
ünsiyyət, danışıqlar aparmaq və qərarvermə bacarığı;
- Analitik
düşüncə, məsuliyyət və detallara yüksək diqqət;
- MS
Office proqramları və 1C sistemində işləmək bacarığı;
- Azərbaycan
dilində sərbəst, rus və/və ya ingilis dili bilikləri üstünlükdür.
