Top.Mail.Ru
Peşəkar Satış Mütəxəssisi Mebel və interyer
012-5961868
1500 azn + bonuses
28.08.2026

Job Description

Responsibilities :

Namizəddən gözləntilər
Premium showroom mühitinə uyğun peşəkar təqdimat tərzi, yetkin ünsiyyət bacarığı və yüksək xidmət mədəniyyəti;
Satış sahəsində uğurlu iş təcrübəsi;
Müştəri ilə peşəkar ünsiyyət qurmaq və ehtiyaclarını düzgün analiz etmək bacarığı;
Mebel, interyer və dizayn sahəsinə maraq;
Təqdimat, inandırma və satışı bağlama bacarığı;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü yanaşma;
Səliqəli xarici görünüş, düzgün nitq və peşəkar davranış;
Komanda ilə işləmək və premium xidmət anlayışını mənimsəmək bacarığı.

Requirements :

Vəzifə öhdəlikləri
Showrooma müraciət edən müştəriləri yüksək səviyyədə qarşılamaq və onlara peşəkar xidmət göstərmək;
Mebel məhsulları, materiallar, mexanizmlər və texniki xüsusiyyətlər barədə düzgün məsləhət vermək;
Müştərinin interyerinə, ehtiyacına və büdcəsinə uyğun ən uyğun həlli təqdim etmək;
Satış prosesini ilk görüşdən sifarişin rəsmiləşdirilməsinə qədər peşəkar şəkildə idarə etmək;
Zərurət yarandıqda müştərinin evində ölçü götürülməsi prosesində iştirak etmək;
Sifarişin təhvil-təslim mərhələsində iştirak etmək və müştəri məmnuniyyətini təmin etmək;
Müştərilərlə uzunmüddətli və etibarlı münasibətlər qurmaq;
Satış hədəflərinə nail olmaq və şirkətin yüksək xidmət standartlarını qorumaq.
Üstünlük hesab olunur
Premium mebel, interyer, dizayn və ya tikinti sahəsində satış təcrübəsi;
FF&E sahəsi üzrə anlayış və ya iş təcrübəsi;
Otellər, restoranlar, ofislər və böyük ticarət obyektləri üçün mebel və avadanlıq seçimində iştirak təcrübəsi;
Layihənin dizayn konsepsiyası, büdcəsi və vaxt qrafikinə uyğun məhsul seçimi bacarığı;
Mebel və avadanlıq təchizatçıları ilə işləmək, qiymət təkliflərini dəyərləndirmək və danışıqlar aparmaq bacarığı;
Sifarişlərin verilməsi, logistika və təhvil-təslim prosesinin izlənməsi üzrə biliklər;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət;
İngilis dili biliyi;
CRM proqramları ilə işləmə bacarığı.

Biz nə təklif edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı;
Yüksək bonus sistemi;
Əmək müqaviləsi;
Premium seqmentdə fəaliyyət göstərən güclü və inkişaf edən komandada çalışma imkanı;
Karyera yüksəlişi və peşəkar inkişaf perspektivi.

Əlavə iş şərtləri
İş günü: 6 gün
İş saatı: 10:00 – 20:00