Job Description
Vakansiya Center Pivot, Linear Pivot və Damcı Suvarma (Drip Irrigation) sistemlərinin layihələndirilməsi üzrədir.
Bu sahədə əvvəlki iş təcrübəsi mütləq deyil. Əsas məqsədimiz AutoCAD və xəritələrlə işləmək bacarığı olan, texniki düşüncəyə malik və öyrənməyə həvəsli mütəxəssis tapmaq və onu şirkət daxilində Irrigation Design Engineer kimi yetişdirməkdir.
Responsibilities :
Namizədə olan əsas tələblər
• AutoCAD proqramında sərbəst işləmək bacarığı – mütləqdir.
• Xəritələr, koordinatlar və geospatial məlumatlarla işləmək bacarığı.
• Topoqrafik planlar və geodeziya məlumatları ilə işləmək bacarığı.
• Civil 3D, QGIS, ArcGIS və ya analoji proqramları bilmək üstünlükdür.
• Ərazinin relyefini, yüksəklik fərqlərini, maillikləri və profilləri oxumaq və analiz etmək bacarığı.
• Google Earth, KML/KMZ, GPS/GNSS məlumatları ilə işləmək bacarığı.
• Texniki/mühəndislik təhsili – Geodeziya, Geomatika, GIS, İnşaat mühəndisliyi, Su təsərrüfatı mühəndisliyi və ya əlaqəli sahələrə üstünlük verilir.
• Güclü texniki və məkan düşüncəsi.
• Yeni proqramları və mühəndislik metodlarını tez öyrənmək bacarığı.
• İngilis dili – minimum orta səviyyə (Intermediate). Texniki sənədləri anlamaq və xarici tərəfdaşlarla sadə texniki yazışmalar aparmaq bacarığı.
Requirements :
Üstünlük veriləcək bilik və təcrübə
• Hidravlik hesablamalar;
• Boru xətlərinin layihələndirilməsi;
• Nasos sistemləri;
• DEM/DTM məlumatlarının analizi;
• Longitudinal profile hazırlanması;
• Sahələrin, yüksəklik fərqlərinin və mailliklərin hesablanması;
• Su təchizatı və digər mühəndis şəbəkələrinin layihələndirilməsi;
• Kənd təsərrüfatı və ya suvarma layihələrində iş təcrübəsi.
Suvarma sistemlərinin layihələndirilməsi üzrə əvvəlki təcrübə tələb olunmur. Seçilmiş namizədə şirkət tərəfindən Center Pivot, Linear Pivot və Damcı Suvarma sistemlərinin layihələndirilməsi üzrə praktiki təlim veriləcək.
Biz sadəcə AutoCAD operatoru deyil, gələcəkdə müstəqil Irrigation Design Engineer kimi inkişaf edə biləcək texniki cəhətdən güclü və öyrənməyə həvəsli əməkdaş axtarırıq.
