Satınalma üzrə baş mütəxəssis (general supply)
Construction Company
012 -5961868
negotiable
Job Description
Responsibilities :
Vəzifə öhdəlikləri:
• Şirkətin satınalma ehtiyaclarını planlaşdırmaq, tələbnamələri təhlil etmək və satınalma proseslərini vaxtında və səmərəli şəkildə həyata keçirmək;
• Yerli və xarici təchizatçıların araşdırılmasını, qiymətləndirilməsini və seçimini həyata keçirmək, etibarlı təchizatçı bazasını formalaşdırmaq və davamlı olaraq yeniləmək;
• Qiymət sorğuları (RFQ), tender və kommersiya təkliflərinin hazırlanmasını, qiymətləndirilməsini və müqayisəli təhlilini aparmaq;
• Təchizatçılarla qiymət, çatdırılma müddəti, ödəniş şərtləri, zəmanət və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
• Satınalma müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasına nəzarət etmək;
• Satınalma proseslərinin şirkətin daxili prosedurlarına, HSE tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun icrasını təmin etmək;
• Tender sənədlərinin hazırlanması və dövlət, eləcə də özəl sektor layihələri üzrə satınalma proseslərinin koordinasiyasında iştirak etmək;
• Satınalma büdcəsinə və xərclərə nəzarət etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
• Logistika, gömrük rəsmiləşdirilməsi və malların vaxtında çatdırılması proseslərini aidiyyəti şöbələrlə koordinasiya etmək;
• Təchizat zəncirində yarana biləcək riskləri qiymətləndirmək, alternativ həllər hazırlamaq və fasiləsiz təchizatı təmin etmək;
• Satınalma fəaliyyəti üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Requirements :
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika, Təchizat Zəncirinin İdarəedilməsi və ya digər aidiyyəti sahələr üzrə);
• Satınalma sahəsində minimum 5 il;
• Yerli və beynəlxalq satınalma, tender və müqavilələrin idarə edilməsi sahəsində bilik və təcrübə;
• Neft və qaz, tikinti, istehsalat və ya sənaye sahələrində satınalma təcrübəsi üstünlükdür;
• Analitik düşünmə, danışıqların aparılması və qərarvermə bacarığı;
• MS Office proqramlarını yüksək səviyyədə bilməli, ERP və ya 1C sistemləri ilə işləmək bacarığı üstünlükdür;
• Təchizat və satınalma fəaliyyəti olan şirkətlərdə təcrübəsinin olması üstünlükdür;
• Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli; rus dili biliyi üstünlükdür.
Əmək şəraiti:
• Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
• Pozitiv və dinamik iş mühiti;
• İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün);
• İş vaxtı: 09:00–18:00;
• Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
