Job Description
İş istiqaməti: korporativ İT həlləri, sistem inteqrasiyası və rəqəmsal transformasiya
Vəzifənin məqsədi
Satış şöbəsinin strategiyasını müəyyən etmək, komandanı nəticəyönümlü
idarə etmək, dövlət və özəl sektorda strateji müştərilərlə əməkdaşlığı genişləndirmək
və şöbənin gəlir və gəlirlilik hədəflərinin yerinə yetirilməsini təmin etmək.
Responsibilities :
Satış strategiyasının, illik və rübə planlarının hazırlanması və icrasına nəzarət
Satış komandasının (satış menecerləri, biznesin inkişafı üzrə mütəxəssislər) idarə olunması, fərdi hədəflərin təyini, motivasiyası və inkişafı
Satış planının, gəlir və marja göstəricilərinin izlənməsi, nəticələrə görə məsuliyyət
Böyük korporativ və dövlət müştəriləri ilə strateji münasibətlərin qurulması, qərarverici şəxslərlə görüşlər
Tender və kommersiya təkliflərinin hazırlanmasına rəhbərlik, qiymət və şərt danışıqlarının aparılması, müqavilələrin bağlanması
Vendorlarla (Cisco, Microsoft, Fortinet, Palo Alto Networks, VMware, HPE, Dell EMC və s.) tərəfdaşlıq münasibətlərinin idarə olunması, vendor hədəflərinin yerinə yetirilməsi
Pre-sale, texniki komanda, layihə və satınalma şöbələri ilə əlaqələndirmə
CRM sistemində (HubSpot) satış hunisinin idarə olunması, proqnozlaşdırma və həftəlik/aylıq hesabatlıq
Debitor borclarına və ödəniş şərtlərinə nəzarət
Yeni bazarların və biznes imkanlarının, o cümlədən Qazaxıstan və Özbəkistan istiqamətinin araşdırılması
Requirements :
İT satışında minimum 5 il, bunun ən azı 2 ili rəhbər vəzifədə təcrübə
Sistem inteqrasiyası, İT distribütorluğu və ya layihə əsaslı satış sahəsində təcrübə
Dövlət qurumları, iri korporativ müştərilər və tenderlər üzrə satış təcrübəsi
Satış komandasını qurmaq, hədəflər qoymaq və nəticələri ölçmək bacarığı (KPI, plan icrası, marja)
Texniki həlli müştəri üçün biznes faydasına çevirmək və yüksək səviyyədə danışıq aparmaq bacarığı
İT infrastruktur, şəbəkə və kibertəhlükəsizlik, bulud və virtualizasiya həllərini satış baxımından yaxşı bilmək
CRM sistemləri ilə iş təcrübəsi (HubSpot üstünlükdür), satış proqnozlaşdırılması və büdcə bilikləri
Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət
Ali təhsil (təcihən texniki, iqtisadi və ya biznes üzrə)
Bilik və təcrübə sahələri
Namizəddən bütün sektorlar və texnologiyalar üzrə dərin ekspertiza gözlənilmir. Bir neçə istiqamətdə güclü satış təcrübəsi, qalanlar üzrə ümumi texniki və kommersiya anlayışı kifayətdir.
Sektorlar: dövlət, bank və maliyyə, tikinti və daşınmaz əmlak, səhiyyə, qonaqpərvərlik, nəqliyyat, elektron ticarət, telekom, pərakəndə satış
Həll qrupları: İT infrastrukturu və bulud, təhlükəsizlik, məlumat həlləri və süni intellekt, biznes proqram təminatı (CRM, ERP, çağrı mərkəzi, növbə idarəetmə), pərakəndə və ağıllı ticarət texnologiyaları
Şəxsi və peşəkar keyfiyyətlər
Liderlik, komanda motivasiyası və nəticəyönümlülük
Strateji və analitik düşüncə, kommersiya yanaşması
Uzun satış dövrlərində səbr və intizam
Müştərilərlə etibarlı, uzunmüddətli münasibətlər qurmaq bacarığı
Texniki, satınalma və maliyyə komandaları ilə səmərəli əməkdaşlıq
Üstünlük sayılır
Cisco, Microsoft, Fortinet, Palo Alto Networks, VMware, HPE, Dell EMC kimi vendorların həllərinin satışı təcrübəsi
