Job Description
Vəzifənin məqsədi
Dövlət və özəl sektorda yeni müştərilər cəlb etmək, mövcud müştərilərlə əməkdaşlığı genişləndirmək, müştəri ehtiyaclarına uyğun texnoloji həllər təklif etmək və satış hədəflərini yerinə yetirmək. Biz yalnız məhsul satan deyil, müştərinin biznes ehtiyaclarını anlayan, texniki komandalarla əməkdaşlıq edən və uzunmüddətli tərəfdaşlıq quran peşəkar axtarırıq.
Responsibilities :
Yeni korporativ müştərilərin və strateji biznes imkanlarının müəyyənləşdirilməsi (soyuq zənglər, e-poçt, görüşlər, təqdimatlar)
Dövlət qurumlarında və müxtəlif biznes sektorlarında qərarverici şəxslərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
Müştərilərin biznes və texniki ehtiyaclarının təhlili, texniki komanda ilə birlikdə uyğun həllin formalaşdırılması (pre-sale)
Kommersiya təkliflərinin, təqdimatların və texniki-kommersiya həllərinin hazırlanması
Layihənin ilkin müzakirəsindən müqavilənin bağlanmasına qədər bütün satış mərhələlərinin idarə edilməsi
İstehsalçılar, distribütorlar, texniki mütəxəssislər və tərəfdaşlarla, o cümlədən satınalma şöbəsi ilə (qiymət, tədarük müddəti, vendor şərtləri) koordinasiya
Tenderlərdə, sorğularda və iri korporativ satınalma proseslərində iştirak
Mövcud müştərilərə əlavə satış (upsell) və çarpaz satış (cross-sell)
CRM sistemində (HubSpot) satış imkanlarının, müştəri məlumatlarının və proqnozların vaxtında yenilənməsi
Həftəlik satış hesabatının təqdim edilməsi
Ödəniş şərtlərinə və debitor borclarına nəzarətdə iştirak
Satış planlarının və gəlirlilik hədəflərinin yerinə yetirilməsi
Bazar tendensiyalarının, rəqiblərin və yeni texnologiyaların izlənilməsi
Requirements :
İT satışları, B2B satışları, korporativ satışlar və ya sistem inteqrasiyası sahəsində minimum 3–5 il təcrübə
Mürəkkəb İT məhsul və xidmətlərinin satışında, layihə əsaslı satışda və kommersiya danışıqlarında praktiki təcrübə
Dövlət qurumları və ya tenderlər üzrə satış təcrübəsi
Müştərinin ehtiyacını müəyyənləşdirmək və texniki həlli biznes faydasına (xərcə qənaət, risk azalması, gəlir artımı) çevirmək bacarığı
İT mütəxəssisləri, satınalma, maliyyə və rəhbərlikla danışıq aparmaq bacarığı
Kommersiya təkliflərinin, satış proqnozlarının və layihə büdcələrinin hazırlanması üzrə bilik; tender və satınalma prosedurları haqqında anlayış
CRM sistemlərindən istifadə təcrübəsi (HubSpot üstünlükdür)
Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində işgüzar səviyyədə ünsiyyət
Bilik və təcrübə sahələri
Sadalanan sahələrin hamısı üzrə ekspert olmaq məcburi deyil. Bir neçə sektor və əsas həll qrupları üzrə güclü satış təcrübəsi, qalanları üzrə ümumi anlayış kifayətdir. Texnologiyaları tez öyrənmək və müştərinin ehtiyacına uyğun həll seçmək bacarığı əsas üstünlükdür.
Sektorlar: dövlət sektoru, daşınmaz əmlak və tikinti, bank və maliyyə, səhiyyə, qonaqpərvərlik, nəqliyyat, elektron ticarət, telekom, pərakəndə satış
İT infrastrukturu və bulud: daxili kabel sistemləri, soyutma sistemləri, server otaqları, konfrans otaqları, səs sistemləri, SD-WAN, virtualizasiya, bulud həlləri
Təhlükəsizlik: şəbəkə təhlükəsizliyi, son nöqtə təhlükəsizliyi (Endpoint Security), kamera təhlükəsizlik sistemləri, məlumat mərkəzi təhlükəsizliyi
Müasir texnologiyalar və məlumat həlləri: IoT, süni intellekt, ehtiyat nüsxələmə və bərpa (Backup & Recovery), analitik həllər
Biznes proqram təminatı: CRM, ERP, çağrı mərkəzinin idarə edilməsi, növbə idarəetmə, inventar idarəetmə, marketinq avtomatlaşdırması, avtomatlaşdırılmış əməliyyatlar
Pərakəndə və ağıllı ticarət texnologiyaları: POS, özünüödəmə sistemləri, RFID və barkod skanerləri, rəqəmsal qiymət etiketləri, avtonom təmizləmə robotları
Namizədə qoyulan əsas tələblər
Güclü satış və danışıq bacarığı, müştəriyönümlü yanaşma
Yeni müştərilər cəlb etmək və müstəqil satış imkanları yaratmaq bacarığı
Uzunmüddətli korporativ münasibətlər qurmaq bacarığı
Kommersiya düşüncəsi, analitik yanaşma və nəticəyönümlülük
Eyni vaxtda bir neçə satış imkanını və layihəni idarə etmək bacarığı
Fərdi satış planına uyğun işləmək və nəticələrə görə məsuliyyət daşımaq
Komanda ilə əməkdaşlıq və yüksək məsuliyyətlilik
Biz təklif edirik
Bazar səviyyəsinə uyğun əmək haqqı: 3000 AZN sabit hissə + gəlirliliyə əsaslanan bonus sistemi
Müxtəlif sənaye sahələrini əhatə edən geniş İT həlləri portfeli ilə iş
İri korporativ və strateji müştərilərlə əməkdaşlıq imkanı
Aparıcı texnologiya tərəfdaşları ilə işləmək və vendor təlimlərində iştirak imkanı
