Korporativ Satış Mütəxəssisi (B2B Sales Specialist)
Trading Company
012 -5961868
negotiable
Job Description
Responsibilities :
Əsas vəzifə öhdəlikləri (Scope of Work)
1. Müştəri müraciətlərinin idarə olunması
• WhatsApp, e-mail, telefon və digər kanallardan daxil olan sorğuların operativ və peşəkar şəkildə
cavablandırılması.
• Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təklif edilməsi.
• Kommersiya və qiymət təkliflərinin hazırlanması və göndərilməsi.
• Göndərilmiş təkliflərin izlənilməsi (follow-up) və sifarişə çevrilməsi.
• Müştəri müraciətlərinin və sifarişlərin icra vəziyyətinə nəzarət edilməsi.
2. Korporativ satış və yeni əməkdaşlıqlar
• Yeni korporativ müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi.
• Tikinti, sənaye, istehsalat, topdansatış və digər sektorlarda potensial müştərilərlə əlaqələrin qurulması.
• Mövcud müştəri bazasının genişləndirilməsi və uzunmüddətli əməkdaşlıqların inkişaf etdirilməsi.
• Potensial müştərilərlə görüşlərin və danışıqların təşkili.
• Satış imkanlarının müəyyənləşdirilməsi və yeni layihələrin izlənilməsi.
3. Satış prosesinin idarə olunması
• Müştəri sorğusundan sifarişin təsdiqinədək satış prosesinin idarə olunması.
• Müştərilərlə qiymət, çatdırılma və ödəniş şərtlərinin razılaşdırılması (şirkətin təsdiq edilmiş səlahiyyətləri
çərçivəsində).
• Sifarişlərin icrası üçün logistika, maliyyə və digər şöbələrlə koordinasiya.
• Müştəri məmnuniyyətinin təmin edilməsi və təkrar satışların artırılması.
• Satış hədəflərinə uyğun fəaliyyət planının hazırlanması və icrası.
4. Hesabatlılıq və müştəri bazası
• Müştəri məlumatlarının və satış imkanlarının sistemli şəkildə qeydiyyatı.
• Aktiv danışıqların, göndərilmiş təkliflərin və potensial sifarişlərin izlənilməsi.
• Həftəlik satış fəaliyyəti üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.
• Bazarın, rəqiblərin və müştəri tələbatının mütəmadi təhlili.
Requirements :
Namizədə tələblər
• Korporativ satış (B2B) sahəsində minimum 2 il iş təcrübəsi.
• Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
• Müştəriyönümlü və nəticəyə fokuslanan iş yanaşması.
• Yeni müştərilərlə əlaqə qurmaq və əməkdaşlığı inkişaf etdirmək bacarığı.
• Kommersiya təkliflərinin hazırlanması və işgüzar yazışma bacarıqları.
• MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı.
• Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
• Rus və ingilis dillərini bilmək üstünlükdür.
• Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
• Polad, metal məhsulları, tikinti materialları və ya sənaye sektorunda satış təcrübəsi
üstünlükdür.
Əsas performans göstəriciləri (KPI)
• Yeni cəlb edilmiş korporativ müştərilərin sayı.
• Aylıq satış həcmi və dövriyyəsi.
• Satışdan əldə olunan mənfəət və ödənişlərin vaxtında alınmasının izlənilməsi.
• Müştəri sorğularına cavabvermə sürəti.
• Kommersiya təkliflərinin real satışa çevrilmə faizi.
• Mövcud müştərilər üzrə təkrar sifarişlərin artırılması.
• Aktiv satış imkanlarının və potensial layihələrin sayı.
Şirkətin təklifləri
• Peşəkar və inkişafyönümlü iş mühiti.
• Yerli və beynəlxalq ticarət əməliyyatlarında təcrübə qazanmaq imkanı.
• Karyera və peşəkar inkişaf perspektivləri.
• Əməkhaqqı: 1 500–2 000 AZN (namizədin təcrübəsinə uyğun).
• Satış nəticələrinə əsaslanan bonus sistemi.
