Job Description
Bu rolu icra edəcək mütəxəssis təşkilat tərəfindən sifariş verilən malların sərhəd-keçid və gömrük rəsmiləşdirilməsi proseslərini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq idarə edəcək, dövlət orqanları və logistik tərəfdaşlarla münasibətləri şirkətin maraqları çərçivəsində təmsil edəcəkdir. Sahə üzrə müvafiq təcrübəyə, analitik düşüncəyə və yüksək məsuliyyət hissinə malik peşəkarları komandamızın bir parçası olmağa dəvət edirik
Responsibilities :
Vəzifə öhdəlikləri:
• Logistik sxemlərin tətbiqi və inkişafını təmin etmək, mövcud logistika proseslərini optimallaşdırmaq, nəqliyyat xərclərini hesablamaq və optimal daşınma marşrutlarını müəyyənləşdirmək;
• Uyğun nəqliyyat vasitələrinin seçilməsi və sifarişi ilə bağlı təkliflər hazırlamaq, nəqliyyat şirkətləri və logistika tərəfdaşları ilə əməkdaşlığı təşkil etmək;
• İdxal, ixrac və tranzit əməliyyatlarına nəzarət etmək, yüklərin gömrük rəsmiləşdirilməsinə qədər tələb olunan sənədlərin hazırlanmasını və düzgünlüyünün yoxlanılmasını təmin etmək;
• Gömrük orqanlarına zəruri sənədləri və məlumatları təqdim etmək, gömrük bəyannamələrini və qısa idxal bəyannamələrini hazırlamaq və müvafiq sistemlərə daxil etmək;
• Fitosanitar, mənşə və digər sertifikat, lisenziya və icazələrin alınmasını təşkil etmək, gömrük brokerləri və gömrük orqanları ilə mütəmadi əlaqəni təmin etmək;
• Təchizat, nəqliyyat, anbar və maliyyə sənədlərinin qeydiyyatını aparmaq, ödənişləri planlaşdırmaq, bazar qiymətlərini və logistika şirkətlərini monitorinq etmək, riskləri qiymətləndirmək;
• Daxili müştərilərə gömrük və logistika xidmətləri haqqında məlumat vermək, rəhbərliyin tələbinə uyğun aylıq, rüblük və illik hesabatları hazırlamaq və təqdim etmək;
• Gömrük və vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi, idxal-ixrac əməliyyatlarının hüquqi normalara uyğun aparılması;
• Sifarişlərin vaxtında çatdırılması üçün bütün mövcud riskləri nəzərə alaraq düzgün logistika planlamasını təmin etmək.
Requirements :
Namizədə dair tələblər:
• Gömrük, logistika, nəqliyyat, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
• Gömrük və logistika sahəsində minimum 3 il iş təcrübəsi;
• İdxal, ixrac və tranzit əməliyyatlarının təşkili, gömrük rəsmiləşdirilməsi və müvafiq sənədlərin hazırlanması üzrə praktiki təcrübə;
• Gömrük bəyannamələri, sertifikatlar, lisenziyalar, icazələr və digər gömrük sənədləri ilə işləmək bacarığı, müvafiq qanunvericilik və normativ tələblər barədə məlumatlılıq;
• Nəqliyyat marşrutlarının müəyyənləşdirilməsi, uyğun nəqliyyat vasitələrinin seçilməsi, logistika xərclərinin hesablanması və logistika proseslərinin optimallaşdırılması üzrə bilik və bacarıqlar;
• Gömrük orqanları, brokerlər, nəqliyyat şirkətləri, təchizatçılar və digər tərəfdaşlarla effektiv əməkdaşlıq və ünsiyyət qurmaq bacarığı;
• MS Office, xüsusilə MS Excel proqramlarını yaxşı səviyyədə bilmək; Azərbaycan dilində əla, ingilis və rus dillərində texniki oxu və yazı bacarığı;
• Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik, nəticəyönümlülük, təşəbbüskarlıq, komandada işləmək və dinamik/stressli iş mühitinə uyğunlaşmaq bacarığı.
