Job Description
Vəzifənin əsas məqsədi
Şirkətin mühasibat uçotu əməliyyatlarının uçotunun düzgün və vaxtında icrasını təmin etmək, satış müqavilələrinə, debitor borcların idarə olunması və yığılması prosesini nəzarəti həyata keçirmək, maliyyə məlumatlarının təhlilini aparmaq, rəhbərliyin tapşırıqlarının icrasını təmin etmək.
Responsibilities :
Əsas vəzifə və öhdəliklər
• Maliyyə əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənilməsi;
• Debitor borcların gündəlik monitorinqi və təhlili, gecikmiş ödənişlərlə bağlı müştərilərlə mütəmadi əlaqələrin qurulması;
• Debitor borcların yığılması (Debt Collection) prosesində iştirak, ödənişlərin vaxtında həyata keçirilməsi üçün müştərilərlə danışıqların aparılması;
• Müştəri hesablaşmalarının, bank əməliyyatlarının, ödənişlərin və qarşılıqlı hesablaşmaların yoxlanılması, 1C-də uçotu;
• Müqavilələrə uyğun hesab-fakturaların göndərilməsi və digər maliyyə sənədlərinin icrası;
• Maliyyə departamentinin digər əməkdaşları və aidiyyəti struktur bölmələrlə koordinasiyalı iş;
• Rəhbərlik tərəfindən verilən maliyyə və analitik tapşırıqların icrası;
• Maliyyə proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması.
Requirements :
Namizədə tələblər
• Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
• Maliyyə sahəsində 3 il iş təcrübəsi;
• 1C proqramında işləmək bacarığı;
• ERP və digər CRM sistemləri ilə işləmə təcrübəsi.
• Debitor borcların idarə olunması üzrə praktiki təcrübə;
• Müştərilərlə ödənişlərlə bağlı danışıqlar aparmaq və gecikmiş borcların yığılmasını təmin etmək bacarığı;
• MS Excel üzrə yaxşı səviyyədə bilik (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və s. funksiyaları bilməsi üstünlükdür);
• Detallara diqqətli və məsuliyyətli yanaşma;
• Vaxtın düzgün idarə edilməsi və prioritetləri müəyyənləşdirmək bacarığı;
• Nəticəyönümlü və təşəbbüskar yanaşma;
• Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı.
Dil bilikləri
• Azərbaycan dili — səlis;
• İngilis dili — danışıq səviyyəsində
• Rus dili — bilmək üstünlükdür
