Top.Mail.Ru
Daxili Audit Meneceri Production
012-5961868
negotiable
22.11.2022

Job Description

Hazırda şirkətimizə Daxili Audit Meneceri vakansiyası üzrə namizəd axtarılır

Hesabat verdiyi/tabe olduğu vəzifə: Baş Audit İnzibatçısı

İş yeri: Əsasən Qaradağda yerləşən zavod ofisi
Əlavə olaraq həftəiçi müəyyən günləri evdən və şəhər ofisindən işləmək imkanı var

Responsibilities :

Tələblər:
İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.

Tələb olunan kompetensiyalar:
Müştəri yönümlülük;
Analitik düşüncə, təşəbbüskarlıq;
Dürüstlük, obyektivlik, qərar verə bilmə;
Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
Yenilikçilik və davamlı inkişaf;
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.


Requirements :

Vəzifə və Öhdəliklər:

İllik Audit Planına əsasən və ya plandan kənar  həyata keçirilən audit layihələrinin aparılmasını təşkil etmək və qrup rəhbəri kimi məsul olmaq ; 
Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
Daxili audit yoxlamalarının nəticələrinə dair işçi faylları, hesabatları və s. hazırlamaq;
Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına cavabdeh olmaq;
Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq  risklərinin qiymətləndirilməsini aparmaq.