Xidmətlər
Personalın seçilməsi
Personalın seçilməsi

Namizədlərin axtarıb tapılması və dəyərləndirilməsi.

Namizədlərin axtarılması bir neçə metodla həyata keçirilir:

  • Məlumat bazası üzrə axtarış.
  • Agentliyin internet səhifəsində vakansiyaların yerləşdirilməsi
  • KİV-də reklam elanlarının yerləşdirilməsi.
  • Şəxsi əlaqələrdən istifadə etməklə və tövsiyələr əsasında axtarış.

Növbəti mərhələdə aşağıdakılar həyata keçirilir:

  • Namizədin peşəkar səriştələrinin dəyərləndirilməsi. Namizədin motivasiya və gözlənilən əmək haqqı səviyyəsinin müəyyənləşdirilməsi.
  • Namizədlərlə müsahibələrin keçirilməsi (xarici görünüşün və lazımi səriştələrin dəyərləndirilməsi üçün).
  • Yazılı sənədlərin təhlili (аnkеtlər, tərcümeyi-hal, rezüme).
  • Namizəd barədə məlumatın toplanması, əvvəlki iş yerlərindən rəylər və tövsiyələr.
  • Sifarişin icra vəziyyəti haqqında Müştərinin məlumatlandırılması.
  • Ən yaxşı namizədlərlə müsahibələrin təşkili.

Zəmanətlər

Cari xidmətlərə zəmanət vəzifə dərəcəsindən asılı olaraq 1-3 ay təşkil edir. Namizəd sınaq müddəti ərzində işdən azad olunarsa, biz əlavə ödənişsiz 30 gün müddətinə bir dəfə pulsuz əvəzetmə təmin edirik.

Xidmətlərin qiyməti

Xidmətin qiyməti axtarışın mürəkkəbliyindən asılı olaraq namizədin illik gəlirinin (qross) 10-25% təşkil edir. Ödəniş namizəd işə çıxdıqdan sonra həyata keçirilir.
Qiymətə inkişaf və iş təcrübəsi səviyyəsi üzrə namizədlərin təmin olunmasından başqa müştərinin bazarı və rəqib şirkətlərdə əmək haqqı səviyyəsi üzrə məsləhətləşmələr də daxildir.

Personalın seçilməsi üçün Sorğu Formasının endirilməsi

Vakansiyanın yerləşdirilməsi
Vakansiyanın yerləşdirilməsi

Bizim internet səhifəmizdə vakansiya yerləşdirmək üçün elanın mətnini (MS Word, PDF formatda) [email protected] .az poçt ünvanına göndərmək tələb olunur.

Vakansiya barədə elanın yerləşdirmə haqqı 25 AZN-dır. Elanın etibarlılıq müddəti – bir aydır.

Ödəniş elan internet səhifəmizdə yerləşdirildiyi andan 5 təqvim günü ərzində həyata keçirilməlidir.

Ödəniş müddəti bitdikdən sonra elan xəbərdarlıq verilmədən pozulacaq.

Vakansiya barədə elanı əlavə bir ay müddətinə uzatmaq üçün (və ya çox) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına saytın administrasiyasına yazılı bildiriş göndərilməlidir.

Bütün vakansiyalar mütləq qaydada moderasiya olunur!

Hcb.az saytının administrasiyası elanın şərtləri işəgötürmə standartlarına uyğun deyilsə və ya qanunsuz hərəkətlər daşıyırsa, əvvəlcədən xəbərdarlıq etmədən vakansiyanın yerləşdirilməsindən imtina etmək hüququnu özündə saxlayır. Gender, yaş, millət və dinə dair tələbləri daxil edən elanlar bu tələblərsiz dərc ediləcək.

Yüksək rəhbərliyin və unikal mütəxəssislərin birbaşa məqsədyönlü seçilməsi
Yüksək rəhbərliyin və unikal mütəxəssislərin birbaşa məqsədyönlü seçilməsi

Executive Search layihəsi üzrə tam işlər kompleksi aşağıdakı ardıcıllıqla bir neçə mərhələ daxil edir:

  • Sifarişin təhlili: müştərinin fəaliyyət bazarının təhlili; vakant vəzifənin müəyyənləşdirilməsi, axtarış metodlarının müəyyənləşdirilməsi, vəzifə üzrə əmək bazarının tədqiqi, layihənin müfəssəl planının hazırlanması.
  • Müştərinin boş vakansiyasına namizədlərin işə cəlb edilməsi imkanlarının və şərtlərinin tədqiqi: hal-hazırda müvəffəqiyyətlə işləyənlər arasından namizədlərin axtarışı; mövcud olan kontaktlardan istifadə olunması; müştəriyə namizədlərin siyahısının təqdim edilməsi (Long List).
  • Namizədlərin qiymətləndirilməsi: təfərrüatlı fərdi müsahibə; kvalifikasiyanın təhlili; güclü və zəif tərəflərin nəzərdən keçirilməsi; yekun namizədlər siyahısının müştəriyə təqdim edilməsi (Short List); müştəriyə hər bir namizəd üzrə peşəkar və bioqrafik xarakteristikaları daxil edən rəyin təqdim edilməsi.
  • Namizədin seçilməsi: namizədlər və müştərilər arasında görüşlərin təşkili; namizədlərin müqayisəli təhlili; müştəri və namizəd arasında danışıqlara yardım etmək; müştəri və müvəffəqiyyətli namizəd ilə işçi əlaqələrin saxlanması.
Təlim və seminarların təşkili
Təlim və seminarların təşkili

"НСВ" şirkəti aşağıda göstərilən istiqamətlər üzrə peşəkar təlimlərin və seminarların təşkili üçün sifarişlər qəbul edir:

  • FMCG (distribusiya)
  • Pərakəndə satış
  • Коrporativ satış
  • Peşəkar xidmətlər
  • Bank işi və sığorta
Каdr konsaltinqi
Каdr konsaltinqi

Sahələr və konkret şirkətlər üzrə Müştərinin əmək bazarının tədqiqi

Tədqiqat Müştərini maraqlandıran konkret sahə üzrə əmək bazarının tədqiqindən ibarətdir.
Biz bazarın qabaqcıl top-menecerləri ilə sorğu aparır, məlumatlar əldə edir, bu şirkətlərdə konkret olaraq hansı əmək haqlarının və motivasiya paketlərinin mövcud olmasını aydınlaşdırır, bu sahədə kadrlarla bağlı vəziyyəti öyrənirik. Geniş tədqiqatdan sonra müştəri insan resursları sahəsində strategiya ilə bağlı istənilən qərarı düşünülmüş şəkildə qəbul edə biləcək.


HR-konsaltinq

ştat vahidlərinin təşkilati struktura uyğunluğunun aşkar edilməsi, biznes prosesləri əsasında vəzifə təlimatlarının adaptasiyası və ya işlənib hazırlanması, müəssisədə informasiya axınlarının qiymətləndirilməsi, İR-xidmətinin budcələnməsi sisteminin işlənib hazırlanması, kadr axtarışı, seçimi və adaptasiyası sistemlərinin işlənib hazırlanmasında yardım, motivasiya sistemlərinin təkmilləşdirilməsi, attestasiya sxemlərinin işlənib hazırlanması və s.