Top.Mail.Ru
Insan Resursları üzrə Mütəxəssis Oil Company
012-5961868
600 - 1000 azn
02.07.2021

Job Description

Responsibilities :

1. Müəssisənin daxili proseduruna uyğun olaraq yeni işçilərə olan tələblərin müəyyən edilməsi;
2.  Müəssisəyə yeni işçilərin qəbul edilməsi ilə əlaqədar işçi axtarma (işçi ehtiyacı ilə əlaqədar elanlar vermək), seçmə və işə yerləşdirmə fəaliyyətlərini: müraciət anketlərini qəbul etmək, , işə qəbul müsahibələri təşkil etmək, bölmələrin tələblərinə əsasən ehtiyat işçi mənbələri (işçi bazarları) ilə mütəmadi olaraq maraqlanmaq;
3.  İşə qəbul ediləcək real namizədlərin işə yerləşdirməsi ilə əlaqədar iş vaxtı, sosial sığorta ödəmələri, attestasiya nəticələri, vəzifə və əmək haqqı dəyişiklikləri, cəza və mükafatlandırılması, işdən çıxmaları ilə əlaqədar sənədləşməni aparmaq və icraya yönəltmək;
4. İşçinin vəzifə təlimatı, daxili qaydalar və müvafiq prosedurlar ilə tanış olmasını təmin etmək;
5.  Daxili işçilərin ixtisasının artırılmasına dair tələblərin müəyyən edilməsi, təlim təchizatçılarının axtarılması və illik təlim planının hazırlanması;
6. Müəssisə işçilərinin  şəxsi məlumat, iş təcrübəsi, təhsil səviyyəsi, əmək haqqı, iş vaxtı, sağlamlığı, attestasiya nəticələri, işə qəbuletmə prosesi, cəza və mükafatlandırılması, işdən çıxanlarla əlaqədar məlumat bazasını hazırlamaq; İşçilərin şəxsi xüsusiyyətləri, boş iş yerləri, ehtiyat işçi mənbələri (işçi bazarı) ilə əlaqədar  məlumatlara əsasən məlumat bazasını hazırlamaq;
7.  İşçilərin müəssisənin daxili nizam-intizam qaydalarına riayət etmələri üçün; işçilərin nizam-intizam qaydalarını təkmilləşdirmək, işçilərin bu qaydalarla tanış olmasını təmin etmək, işçilərin bu qaydalara riayət etmələrinə nəzarət etmək, rəhbərliyin nizam-intizamla əlaqədar qərarlarını icraya yönəltmək;
8. Kadr sənəd dövriyyəsini təşkil etmək;
9. Məzuniyyət planının hazırlanması.
10. İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi.

Requirements :

Ali təhsil
İnsan resursları sahəsində 2- 3 il iş təcrübəsi.
Güclü kommunikasiya bacarıqları və İT üzrə dərin bilik.
AR Əmək Məcəlləsi bilikləri
Təşkilatçılıq bacarıqları.
Word, Excel, Outlook, və PowerPoint proqramlarında peşəkarlıqla işləmək bacarığı.
Müxtəlif tapşırıqlar üçün kompüterdən rahat istifadə bacarığı.
•       Azərbaycan , rus və ingilis dilləri biliyi