Top.Mail.Ru
Biznes Təhlükəsizliyi üzrə Mütəxəssis Telecom
012-5961868
negotiable
03.06.2022

Job Description

Responsibilities :

Əsas öhdəliklər:

Biznes Davamlılığı, Qəza Bərpa və Böhran İdarəetmə planlarını yeniləyərək Biznes Davamlılığının İdarə Edilməsi prosesini davamlı olaraq təkmilləşdirmək və idarə etmək.
Risklərin İdarə Edilməsi, Biznes Təsir Analizi və Risklərin Dəyərləndirilməsi proseslərini həyata keçirmək və bu proseslər üzərində qurulacaq sistemi daim olaraq nəzarətdə saxlamaq və yeniləmək.
Şirkətin işinə təsir edə biləcək riskləri toplamaq və sənədləşdirmək.
Kritik prosesləri və avadanlıqları müəyyən etməklə coğrafi ehtiyatların yaradılması prosesini idarə etmək.
Şirkətdə olan prosesləri ISO 22301:2019 – “Security and resilience“ standartının tələblərinə uyğun həyata keçirmək.
Təhlükəsizlik sistemləri və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda vaxtaşırı və müntəzəm auditlər keçirmək.
Standartın tələb etdiyi müvafiq sənədləri hazırlayıb ISO 22301 sertifikasiya prosesini həyata keçirmək.
Potensial riskləri aşkar etmək və Biznes Davamlılığı Planlarını yeni saxlamaq üçün illik və rüblük Biznes Davamlılığı testləri keçirmək.
Məlumat Mərkəzləri və Transmissiya Bağlantı Nöqtələrində keçirilən yoxlamalar zamanı problemləri müəyyən etmək və bu barədə müvafiq şəxslərə məlumat verməklə prosesini koordinasiya etmək.
Qanunvericiliyin tələblərinə və şirkətin illik Mülki Müdafiə planına uyğun olaraq şirkətdə Mülki Müdafiə işinin qurulması.
Şirkətin işçiləri və ştatdan kənar işçi heyəti üçün Mülki Müdafiə təlimlərinin keçirilməsi.
İl ərzində mülki müdafiənin vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinə hesabatların təqdim edilməsi.
Mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquq-mühafizə orqanları, prokurorluq və s. kimi dövlət qurumları ilə əlaqələri idarə etmək.
“Log”-ların təhlilini aparmaq və “log” əsaslı məlumatları həm ilkin formada, həm də daxili alətlərdən istifadə edərək nəzərdən keçirmək.

Requirements :

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

Təhsil: Ali Təhsil (Risklərin/Biznesin İdarə Edilməsi, Audit və Texniki sahə);
Təcrübə: Bu sahə üzrə ən az 2 (iki) il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan - Mükəmməl səviyyə, Rus/İngilis  - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Şirkətin strategiyası, biznes maraqları və sənaye inkişafından xəbərdar olmaq;
Yüksək analitik və risk qiymətləndirmə bacarıqları, eləcə də hesabat və audit aparılması məqsədləri üçün şifahi, yazılı və kompüter ünsiyyəti bacarıqları;
Yüksək ünsiyyət və təlim bacarıqları;
Risklərin Idarə Edilməsi üzrə bilik;
Beynəlxalq standartlar üzrə iş təcrübəsi;
Siyasət və prosedurların işlənib hazırlanması təcrübəsi;
Sürücülük təcrübəsi;
Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;
Yekun nəticəyə yönəlmə bacarığı.
Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:

Sürücülük təcrübəsi;
ISO 22301 və ISO 31000 çərçivəsində iş təcrübəsi;
Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları haqqında biliklər;
Proqramlaşdırma bacarıqları: Microsoft Power BI, Tableau Software, Microsoft Visio.