Job Description
Bu rol müəssisədə baş verən əməliyyatların uçotunun aparılması və mühasibat sistemində əks etdirilməsi üçün nəzərdə tutulmuşdur
Responsibilities :
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara, sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması;
• Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi;
• İstehsal üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi və xammal anbarlarının yoxlanılması. İstehsal sənədləşməsinə nəzarət etmək;
• E-Qaimə yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların daxil edilməsi;
• Ezamiyyə xərclərinin hesablanmasını aparmaq;
• Debitor və kreditorla hesablaşmaların aparılması;
• Mühasibat uçotu hesablarını yoxlamaq və səhvləri aşkarlamaq;
• Digər tələb olunan tapşırıqların vaxtında və dəqiq icra olunması
Requirements :
Tələb olunan Təhsil və Təcrübə:
- tələb olunan təhsil dərəcəsi: Ali
- müvafiq sahədə iş təcrübəsi: Minimum 2 il
- tələb olunan və ya üstünlük verilən sənaye sektoru: İstehsalat
Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar):
- vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusui səriştələr və bacarıqları qeyd edin: Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, yüksək analitik düşüncə qabiliyyəti, komandada işləmək bacarığı
- tələb olunan texniki bilik və bacarıqları qeyd edin: MS office, 1C, Elektron Hökumət Portalı
- təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): N/A
- dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan, Rus və İngilis dilləri
• Daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət edir;
• Daim Cəmiyyətin mənafeyini və imicini qoruyur;
• Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını vaxtında və tam icra edir.
• Verilmiş səlahiyətlər çərçivəsində həvalə edilmiş vəzifələrin icrası zamanı Cəmiyyətə vurduğu ziyana, eyni zamanda məxfi məlumatların yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarının tələblərinə müvafiq olaraq məsuliyyət daşıyır.